Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-423/2025 30.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X13 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Qusar rayon prokurorunun köməkçisi 1-ci dərəcəli hüquqşünas X4, Qanuni nümayəndə: X2, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2009-cu ildə Qusar rayonu Yasab kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Qusar rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:45-də Qusar rayonu Yasab kəndində idarə etdiyi OPEL ZAFİRA MİNİK markalı 38BK184 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq hərəkətləri etmişdir. Həmin faktla bağlı Qusar rayon Polis Şöbəsinin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 511.1.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi X2 iştirakı ilə izahat verərək göstərdi ki, o, özünü təqsirli bilmir, axtoxuliqanlıq hərəkətləri etməmişdir. O, atasına məxsus avtomobili idarə edərək mağazaya gedərkən yol polisi əməkdaşlarını görmüş və qorxub avtomobili arxaya sürərək babasıgilə getmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi X5 izahatında göstərdi ki, Şəxs onun oğludur. Şəxs idarə etdiyi avtomobil ona məxsusdur. Həmin gün Aslan kontur almaq üçün ona məxsus avtomobili idarə edərək mağazaya getmiş, həmin vaxt polis əməkdaşlarını görüb avtomobili arxaya sürmüş və bu vaxt polis əməkdaşları onu saxlamışlar. Odur ki, oğlu barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil bildirdi ki, Şəxs avtoxuliqanlıq hərəkətləri etməmiş, avtomovilin sürətini qəflətən artırmaqla təkərlərin fırlanıb səs çıxarması halı yoxdur. Şəxs polisə tabe olmamışdır. Ona görə də, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Qusar rayon prokurorunun köməkçisi 1-ci dərəcəli hüquqşünas X1 Aslan Alim oğlunun yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X8 izahatında göstərdi ki, o, Qusar rayon X9 X11 yol-patrul xidməti inspektoru vəzifəsində işləyir. O, digər polis əməkdaşı X3 ilə birlikdə yol-patrul xidməti avtromobili ilə Qusar rayonu Yasab kəndində xidmətdə olarkən Şəxs onları görüb idarə etdiyi OPEL ZAFİRA MİNİK markalı 38BK184 dövlət qeydiyyat nişanlı avtomobili arxaya sürmüş, onlar yaxınlaşdıqda isə avtomobili döndərib qaz verib sürətlə qaçmışdır. Həmin vaxt yerdə təkər işləri qalmış, lakin Aslan qaçdığına görə onlar avtomobili saxlamamışlar və həmin şəxsin dalınca getmişlər. Onlar həmin şəxsə “saxla” əmri versələr də, həmin şəxs hərəkəti davam etdirmiş, bir az getdikdən sonra yol kənara otluq sahəyə çıxmış, həmin ərazi nahamar olmuş və onun dalınca gedərkən xidməti avtomobil zədələnmişdir. Onun dalınca xeyli getdikdən sonra həmin şəxs avtomobili saxlamışdır. Məhkəmə iclasında şahid X3 şahid X8 ilə analoji izahat verərək onun göstərdiyi halları təsdiq etmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş videogörüntülərin əks olunduğu CD diskə baxış keçirilərkən müəyyən olunur ki, OPEL ZAFİRA MİNİK markalı 38BK184 dövlət qeydiyyat nişanlı avtomobil davamlı olaraq yol hərəkəti qaydalarını pozur, yoldan kənara yaşıl otluq sahəyə çıxır, qəfil təhlükəli manevrlər edir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən şəxslərin, o cümlədən şahidlərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsi, yəni təhlükəli manevrlər edərək və yol hərəkəti qaydalarını davamlı olaraq pozaraq avtoxuliqanlıq hərəkətlərini törətməsi sübuta yetirilmişdir, onun əməli İXM-nin 511.1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs avtoxuliqanlıq hərəkətləri törətməməsi barədə həmin şəxsin və onun müdafiəçisinin dəlillərini müzakirə edərək qeyd edir ki, iş materialları ilə, xüsusilə protokola əlavə olunmuş CD diskdə olan videogörüntülərlə onların bu dəlilləri təkzib olunur və ona görə də, məhkəmə həmin dəlilləri əsassız hesab edərək qəbul etmir. Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən onun yetkinlik yaşına çatmayan şəxs olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı, o cümlədən İXM-nin 30.2-ci maddəsinin tələblərini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Eyni zamanda, məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə əlavə tənbeh nəzərdə tutulsa da, onun sürücülük hüququ olmadığından barəsində həmin tənbeh növü tətbiq edilə bilməz. Belə ki, İXM-nin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-423/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-423/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver