Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-425/2020 21.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1978-ci ildə Rusiya federasiyası Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, RF Dağıstan Respublikası Karabudaqkendskiy rayonu Qubden kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 17:20 radələrində Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyasının vətəndaşı Şəxs Abduldjaliloviçin idarə etdiyi “X1” markalı, O540HX54/AB874140 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, sürücü oturacağının arxasında əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük orqanına bəyan olunmayan 1 ədəd “M18 smoke white” yazılı qara rəngli kağız materialdan qumbara formalı, 1 ədəd “Model FBG-6 flash bang” yazılı qara rəngli kağız materialdan qumbara formalı, 2 ədəd “RAG” yazılı yaşıl rəngli plastik materialdan qumbara formalı və 2 ədəd “RAG” yazılı qara rəngli plastik materialdan qumbara formalı predmetlər aşkar olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2020-ci il tarixli, 3/995;9/3235 saylı ekspertiza rəyinə əsasən, tədqiqata təqdim edilmiş 2 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, “F-1” tipli qumbara formasında hazırlanmış təlim təyinatlı pirotexniki vasitədir, döyüş sursatı, partlayıcı qurğu və ya partlayıcı maddə hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 2 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş “RQD-5” tipli, qumbara formasında hazırlanmış təlim təyinatlı pirotexniki vasitədir, döyüş sursatı, partlayıcı qurğu və ya partlayıcı maddə hesab edilmir, təyinatı üzrə ustifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, mühafizəgizlətmə və partlayış yerlərini imitasiya etmək və düşmənin nişanlama atəşindən örtünmək məqsədilə istifadə edilmək üçün nəzərdə tutulmuş tüstülü əl qumbarasıdır, döyüş sursatı, partlayıcı qurğu və ya partlayıcı maddə hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, mühafizəgizlətmə və partlayış yerlərini imitasiya etmək və düşmənin nişanlama atəşindən örtünmək məqsədilə istifadə edilmək üçün nəzərdə tutulmuş, idman, əyləncə oyunlarında istifadə edilmək üçün nəzərdə tutulmuş tüstülü əl qumbarasıdır, döyüş sursatı, partlayıcı qurğu və ya partlayıcı maddə hesab edilmir, təyinatı üzrə istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş pirotexniki vasitələrin, mühafizə-gizlətmə və partlayış yerlərini imitasiya etmək və düşmənin nişanlama atəşindən örtünmək məqsədilə idman, əyləncə oyunlarında istifadə edilən tüstülü əl qumbarası hazırda satışda olmadığından onların qiymətini müəyyən etmək mümkün olmamışdır. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs Abduldjaliloviçinbarəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli 01400-1223/20 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abduldjaliloviç və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abduldjaliloviçin və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İşmateriallarındaolanAzərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3/995;9/3235 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 (iki) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, “F-1” tipli qumbara formasında hazırlanmış təlim təyinatlı pirotexniki vasitədir, döyüş sursatı, partlayıcı qurğu və ya partlayıcı maddə hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş “RQD-5” tipli, qumbara formasında hazırlanmış təlim təyinatlı pirotexniki vasitədir, döyüş sursatı, partlayıcı qurğu və ya partlayıcı maddə hesab edilmir, təyinatı üzrə ustifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, mühafizəgizlətmə və partlayış yerlərini imitasiya etmək və düşmənin nişanlama atəşindən örtünmək məqsədilə istifadə edilmək üçün nəzərdə tutulmuş, idman, əyləncə oyunlarında istifadə edilmək üçün nəzərdə tutulmuş tüstülü əl qumbarasıdır, döyüş sursatı, partlayıcı qurğu və ya partlayıcı maddə hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, mühafizə-gizlətmə və partlayış yerlərini imitasiya etmək və düşmənin nişanlama atəşindən örtünmək məqsədilə istifadə edilmək üçün nəzərdə tutulmuş, idman, əyləncə oyunlarında istifadə edilmək üçün nəzərdə tutulmuş tüstülü əl qumbarasıdır, döyüş sursatı, partlayıcı qurğu və ya partlayıcı maddə hesab edilmir, təyinatı üzrə istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş pirotexniki vasitələrin, mühafizə-gizlətmə və partlayış yerlərini imitasiya etmək və düşmənin nişanlama atəşindən örtünmək məqsədilə idman, əyləncə oyunlarında istifadə edilən tüstülü əl qumbarası hazırda satışda olmadığından onların qiymətini müəyyən etmək mümkün olmamışdır. İşmateriallarındaolanxx.xx.2020-ci il tarixli 3/995;9/3235 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixli və saylı ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs Abduldjaliloviç həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abduldjaliloviçin barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Abduldjaliloviçin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Abduldjaliloviç Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri müəyyən olunmayan 1 ədəd “M18 smoke white” yazılı qara rəngli kağız materialdan qumbara formalı, 1 ədəd “Model FBG-6 flash bang” yazılı qara rəngli kağız materialdan qumbara formalı, 2 ədəd “RAG” yazılı yaşıl rəngli plastik materialdan qumbara formalı və 2 ədəd “RAG” yazılı qara rəngli plastik materialdan qumbara formalı predmetlər müsadirə edilsin. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-425/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-425/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver