Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-425/2025 17.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 etibarnamə üzrə nümayəndəsi X10 iştirakı ilə, Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vəzifəli şəxs Şəxs Qusar şəhəri, Ç.Qurbanov küçəsi, ev 6 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus bazara istehlakçıların hüquqularının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunauyğun yoxlamaların keçirilməsinə maneçilik törətmiş, səlahiyyətli şəxslərin yoxlama yerinə buraxmamışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 etibarnamə üzrə nümayəndəsi X11 izahatında "xxxx" MMC-yə təyin olunan yoxlama üzvündən olduğunu, ilkin olaraq xx.xx.2025-xx.xx.2025-ci il tarixi aralığında MMC-yə məxsus bazar ərazisinə yoxlamaya getdiklərini, lakin Şəxs orada olmadığından qarşılıqlı razılıq əsasında yoxlama tarixinin X5 xx.xx.2025-ci il tarixli qərarı ilə 25 sentyabr 2025-ci il tarixə qədər (15 gün) müddətinə dayandırıldığını, xx.xx.2025-ci il tarixdə yenidən yoxlamanın keçirilməsi üçün "xxxx" MMC-yə məxsus bazar ərazisinə getdiklərini, lakin Şəxs həmin vaxt orada olmadığını, telefon danışığı zamanı Şəki rayonu ərazisində olduğunu, nəticədə yoxlamanın keçirilməsinə heç bir maneçilik törətmədiyini, yoxlanılacaq obyektin ərazisinə daxil olmağa heç kimin mane olmadığını, sadəcə olaraq yoxlanılacaq obyektin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmədiyi üçün yoxlamanın aparılmasının mümkün olmadığını, həmçinin səlahiyyətli şəxs olmadığından yoxlanılacaq obyektə daxil olmağa icazələrinin olmadığını bildirmişdir. Şəxs məxsus "xxxx" MMC-nin Qida Təhlükəsizliyi qeydiyyatının ləğv edilməsi barədə qərarından məlumatı olmadığını, Qida Təhlükəsizliyi qeydiyyatının ləğv edildiyi təqdirdə onlar tərəfindən yoxlama keçirilməməli olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 etibarnamə üzrə nümayəndəsi X1 Mülküm Məmməd oğlunun izahatına uyğun eyni məzmunlu izahat verərək izahatında yoxlama yerində heç bir maneçiliklə qarşılaşmadıqlarını, yoxlama yerinə buraxılmama halının mövcud olmadığını, sadəcə olaraq hüquqi şəxsin səlahiyyətli şəxsinin orada olmadığı üçün yoxlama keçirə bilmədiklərini, yoxlamanın son günü olduğu üçün başqa tarixə təxirə sala bilmədiklərini, protokolu tərtib edərkən həmin halların olmamasına baxmayaraq Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinin dispozisyasını protokola qeyd etdiyini bildirmişdir. Həmin faktla bağlı AQTA-nın Quba-Xaçmaz RB-nin məsləhətçisi X15 tərəfindən inzibati araşdırma aparılmış və vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 544.1-ci maddəsi ilə MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında vəzifəli şəxs Şəxs ilkin olaraq Azərbaycan Respublikası Qida X3- X12 xx.xx.2025-ci il tarixli QTL-296/3/44/7 nömrəli X14 fəaliyyət göstərən subyektin qida təhlükəsizliyi qeydiyyatının ləğv olunması haqqında qərarı ilə faktiki fəaliyyəti Qusar şəhəri, Ç.Qurbanov küçəsi, ev 6 ünvanda yerləşən, VÖEN ********** fəaliyyət göstərən "xxxx" MMCnin Qida təhlükəsizliyi qeydiyyatının ləğv edildiyini bildirmişdir. Buna görə də Quba-Xaçmaz Regional bölməsi tərəfindən onun obyektinin yoxlanılmasının qeyri-qanuni olduğunu, xx.xx.2025-ci il tarixində keçiriləcək yoxlama barəsində ona hər hansı rəsmi bildirişin verilmədiyini, yalnız yoxlamanın dayandırılması barədə qərarın təqdim olunduğunu və həmin qərarda isə xx.xx.2025-ci il tarixdə yoxlamanın keçiriləcəyi barədə heç bir bildiriş xarakterli məlumatın mövcud olmadığını, xx.xx.2025-ci il tarixdə bölmənin əməkdaşları tərəfindən yoxlanılacaq obyektin ərazisinə gələrək orada ona telefonla zəng edildiyini, o da nümayəndələrə Şəki rayonu ərazisində olduğunu bildirdiyini, buna görə də yoxlamada iştirak edə bilməyəcəyini, lakin orada olan nəzarətçinin yoxlama nümayəndələrinə istədikləri yeri göstərməli barədə və hər yerə baxmağa icazə verməyi barədə məlumat verdiyini, həmçinin yoxlama aparılan zaman özünün Şəki rayonu ərazisində olduğunu, bununla bağlı Şəki rayonunda yerləşən oteldə qaldığını və bunu məhkəməyə təqdim etmiş olduğu qəbzlə sübut etdiyini, yoxlama aparılan zaman orada olmadığı üçün özü tərəfindən yaxud digər heç bir şəxs tərəfindən bölmə nümayəndələrinə heç bir maneçilik törədilmədiyini, obyektə sərbəst şəkildə buraxılmaları barədə göstəriş verdiyini, həmçinin fəaliyyət göstərdiyi ********** nömrəli VÖEN-nin fəaliyyət istiqamətinin Avtodayanacaq xidməti əsas fəaliyyəti olmaqla, otellərin fəaliyyəti və digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) fəaliyyət olduğunu bildirərək özünü protokol üzrə təqsirli bilməmiş, barəsində tərtib edilmiş protokolun əsassız olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəxs məhkəməyə etiraz ərizəsi təqdim edərək izahatında göstərmiş olduğu xüsusatları təsdiq edərək bir daha bildirmişdir ki, Təsisçilərindən biri, eyni zamanda qanuni təmsilçisi – direktoru olduğu "xxxx" MMC-nin fəaliyyəti avtodayanacaq xidməti (əsas fəaliyyət), otellerin fəaliyyəti və digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyətdən ibarətdir. AQTA tərəfindən isə, "xxxx" MMC-nin qeydiyyata alınması barədə, X14 X6 Dövlət Reyestrindən Qeydiyyat nömrəsi ********** olan xx.xx.2019cu il tarixli Çıxarış verilmiş və həmin Çıxarışda da göstərilir ki, "xxxx" MMC-nin fəaliyyət istiqaməti Pərakəndə satış olmaqla Yeyinti (o cümlədən qida) məhsulunun (məhsullarının) və ya xidmət sahəsinin növü – 47810 İçki və tütün məmulatları da daxil olmaqla çadırlarda və bazarlarda ərzaq məhsullarının pərakəndə satışıdır və fəaliyyət sahəsinin adı da "xxxx" bazarıdır. Halbu ki, "xxxx" MMC-nin fəaliyyət istiqaməti, həmin xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda qeyd olunduğu kimi pərakəndə satış, xidmət sahəsinin növü də, 47810 İçki və tütün məmulatları da daxil olmaqla çadırlarda və bazarlarda ərzaq məhsullarının pərakəndə satışı, eləcə də fəaliyyət sahəsinin adı "xxxx" bazarı deyildir, MMC-nin Qusar bazarı ilə də heç bir əlaqəsi yoxdur. Ona görə də həmin MMC-nin X14 fəaliyyət göstərən subyekt kimi qeydiyyata alınmasına ehtiyac yox idi. Bununla əlaqədar "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli 02/24 №-li məktubla AQTA Quba-Xaçmaz Regional bölməsinə müraciət edilərək, "xxxx" MMC-nin qeydiyyata alınması barədə verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv olunması xahiş edilmiş və AQTA-nın X14 fəaliyyət göstərən subyektin qida təhlükəsizliyi qeydiyyatının ləğv olunması haqqında xx.xx.2024-cü il tarixli, QTL-296/3/44/7 №-li qərarına əsasən, “X14 X6 Dövlət Reyestri”nə xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə daxil edilmiş hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN: **********) qida təhlükəsizliyi qeydiyyatı ləğv edilmiş və bu barədə Dövlət Reyestrində müvafiq qeyd aparılmışdır. Lakin buna baxmayaraq AQTA Quba-Xaçmaz Regional bölməsi tərəfindən "xxxx" MMC-nə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə uyğun olaraq Qusar şəhəri, Çingiz Qurbanov küçəsi-6 ünvanında fəaliyyət göstərən Qusar bazarında xx.xx.2025-ci ildən xx.xx.2025-ci il tarixədək AQTA X12 2025-ci il üçün təsdiq olunmuş illik yoxlama planına əsasən yoxlama keçiriləcəyinə dair xx.xx.2025-ci il tarixli, 3-44-7/2-1457/2025 №-li məktub və əlavə sənədlər göndərilmiş, əlavə edilmiş xx.xx.2025-ci il tarixli QXYQ-283 №-li qərarda da göstərilir ki, yoxlamanın növü planlı olmaqla, sonuncu planlı yoxlama da xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Ona görə də "xxxx" MMC tərəfindən AQTA Quba-Xaçmaz Regional bölməsinə, Agentliyin xx.xx.2024-cü il tarixli, QTL-296/3/44/7 №-li qərarı və xx.xx.2024 tarixli 3-44-7/2-3044/2024 №-li məktubunun surətlərini də əlavə etməklə xx.xx.2025-ci il tarixli 03/25 №-li məktub göndərilərək, MMC-də qeyd olunan yoxlamanın aparılmasının qanunvericiliyin tələblərinə zidd olması bildirilmiş, lakin həmin məktuba heç bir reaksiya verilməmiş, əksinə onunla telefonla əlaqə saxlanılaraq bildirilmişdir ki, həmin yoxlama keçirilməlidir. Bu barədə telefonla əlaqə saxlanılan zaman AQTA X5 rəis müavini Vüqar Ağakişiyevə bildirmidir ki, 8- 12 sentyabr tarixlərində və sentyabr ayının 21-nə kimi işləri olduğuna görə yoxlamanın aparılması təxirə salınsın. Sonra da AQTA Quba-Xaçmaz Regional bölməsi tərəfindən "xxxx" MMC-nə, həmin yoxlamanın xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi dayandırılması barədə xx.xx.2025-ci il tarixli, QXYQ-283 №-li qərarın surəti göndərilmişdir. xx.xx.2025-ci il tarixdə mən işi ilə əlaqədar Şəki şəhərində olduğu zaman, saat 13:46-da +994 51 461-00-33 №-li mobil telefonla AQTA X5 əməkdaşı tərəfindən onun istifadəsində olan +994 50 222-28-13 №-li telefonuna zəng edilərək bildirilmişdir ki, onlar yoxlama aparmaq üçün "xxxx" MMC-nə məxsus obyektə gəlmiş və yoxlamanın aparılmasında onun iştirakı zəruridir. O da demişdir ki, hazırda Şəki rayonunda olduğuna görə Qusara çatmağı mümkün deyil, ona görə də yoxlama gələn həftənin 1-ci günündə, yəni sentyabr ayının 29da keçirilsin. Lakin yoxlayıcı bununla razılaşmamış və yoxlama müddətinin bitdiyini və həmin gün yoxlamanı başa çatdırmalı olduğunu bildirmiş, o da demişdir ki, MMC-nin nəzarətçisi yerindədir və yoxlama aparsınlar. Yoxlayıcı, nəzarətçinin imza etmə səlahiyyətinin olub-olmadığını soruşmuş, o da bildirmişdir ki, o, sənədləri nəzarətçi kimi imzalaya bilər, MMC rəhbərinin imzası tələb olunursa, onda zəruri yoxlama hərəkətlərin həyata keçirilməsinə başlansın, müvafiq sənədləri də gəlib özü imzalayar. Bir az sonra "xxxx" MMC-nin nəzarətçisi Ramil Şəfiyevə telefonla zəng edib maraqlandıqda ona bildirdi ki, onun telefon danışığından sonra yoxlayıcı telefonla AQTA Quba-Xaçmaz Regional bölməsi ilə əlaqə saxlayıb vəziyyət barədə məlumat vermiş, onlar da yoxlamanın aparılacağı gün barədə qabaqcadan razılaşma olub-olmadığını soruşmuş, yoxlayıcı belə bir razılığın olmadığını bildirdikdə Bölmədən demişlər ki, onda qayıdıb gəlsinlər və MMC-nin rəhbəri gələndən sonra yoxlama aparsınlar. Ona görə də yoxlayıcılar sonra gələcəklərini bildirib getmişlər. Yuxarıda qeyd etdiyi kimi, 25-27 sentyabr 2025-ci il tarixlərdə Şəki zonasında olub Oğuz rayonunda yerləşən “X18” otelində qalmış və həftənin axırında da Qusara qayıtmışdır. Sonra da Qusar şəhərində "xxxx" MMC-də iş yerində olub, yoxlama üçün AQTA X5 əməkdaşlarının gəlməsini gözləmiş, lakin gələn olmamışdır. xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin poçt ünvanına AQTA X5 xx.xx.2025-ci il tarixli, 3-44-7/2-1656/2025 №-li məktubu, eləcə də xx.xx.2025-ci il tarixli MN ******* №-li İnzibati xəta haqqında protokolun və xx.xx.2025-ci il tarixli MN ******* №-li İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə Qərardadın surətləri daxil olmuşdur. Həmin sənədlərdə də göstərilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2025-ci il tarixli KY252348501 №-li Çıxarışa və AQTAnın xx.xx.2025-ci il tarixli QXYQ-283 №-li yoxlama aparılması haqqında Qərarına əsasən dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi zamanı, guya "xxxx" MMC-nin direktoru kimi onun tərəfindən istehlakçıların hüquqlarını müdafiə edən müvafiq icra hakimiyyəti orqanının (yəni AQTA X5) vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilmiş, həmin məqsədlə səlahiyyətli şəxslər yoxlama yerinə buraxılmamış və həmin şəxslərin qanuni tələbləri yerinə yetirilməmişdir. Və buna görə də "xxxx" MMC-nin direktoru kimi onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyi haqqında protokol və həmin inzibati xəta haqqında işin aidiyyəti üzrə Qusar rayon məhkəməsinə göndərilməsinə dair qərardad tərtib edilmiş, surətləri də "xxxx" MMC-nə göndərilmişdir. Həmin sənədlər məhkəmə tərəfindən geri qaytarılmasına baxmayaraq, AQTA X5 xx.xx.2025-ci il tarixli 3-44-712-1771/2025 №-li məktubu ilə yenidən məhkəməyə göndərilmişdir. Lakin həmin protokol və qərardadda AQTA X5 vəzifəli şəxsləri tərəfindən həmin yoxlamanın və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinin, həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmaması və həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinin məhz nədən ibarət olması, yəni həmin halların baş verməsinin məhz hansı hərəkətləri ilə bağlı olması açıqlanmır. Həmçinin yuxarıda qeyd olunanlardan göründüyü kimi, "xxxx" MMC-nə məxsus obyekt qapalı yer deyil və həmin obyektdə çoxlu sayda icarədə olan, eləcə də səyyar satış yerləri və avtomobil dayanacağı mövcud olmaqla qapıları da həmişə açıqdır, gün ərzində ora yüzlərlə şəxs və onlarla avtomobil daxil olur ki, yoxlama aparmaq üçün səlahiyyətli şəxslərin həmin əraziyə buraxılmaması sadəcə mümkün deyildir. Bundan başqa həmin vaxt mən Qusardan haradasa 600-700 km. uzaq məsafədə yerləşən Şəki şəhərində olmuşam və ona görə də tərəfindən yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törətməyi, həmin şəxsləri obyektə buraxmamağı, eləcə də onların qanuni tələblərini yerinə yetirilməməsi absurd olmaqla, sadəcə mümkün deyildir. Qeyd olunan yoxlamanın qanunauyğunluğuna gəldikdə isə, bu qanuna zidd, başa düşülməyən bir məsələdir və ona da maraqlı idi ki, yoxlama onun iştirakı ilə aparılsın ki, həmin qərarla "xxxx" MMC-nin məhz hansı fəaliyyət sahəsi yoxlanılacaqdır. Qəribədir ki, hazırkı iş üzrə AQTA Quba-Xaçmaz Regional bölməsi tərəfindən məhkəməyə göndərilmiş materiallara, "xxxx" MMC-nin qeydiyyata alınması barədə, X14 X6 Dövlət Reyestrindən Qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli Çıxarış və AQTA-nın X14 fəaliyyət göstərən subyektin (yəni "xxxx" MMC-nin) qida təhlükəsizliyi qeydiyyatının ləğv olunması haqqında xx.xx.2024-cü il tarixli, QTL-296/3/44/7 №-li qərarının surəti, eləcə də "xxxx" MMC-də aparılacaq həmin yoxlama ilə bağlı yoxlama suallarının Siyahısı (həmin Siyahı onlara təqdim olunmamışdır) da əlavə edilmişdir. "xxxx" MMC-nin fəaliyyəti isə avtodayanacaq xidməti (əsas fəaliyyət), otellerin fəaliyyəti və digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyətdən ibarətdir ki, bu fəaliyyətlər də X4 nəzarət sahəsinə aid deyildir. Məhz buna görə də yuxarıda qeyd olunduğu kimi, "xxxx" MMC-nin (VÖEN: **********) qida təhlükəsizliyi qeydiyyatı ləğv edilmiş və bu barədə Dövlət Reyestrində müvafiq qeyd aparılmışdır. Və burada sadə məntiqli bir sual yaranır ki, həmin qeydiyyat niyə ləğv olunmuşdu, ləğv olunduğu halda da hazırkı yoxlama nəyə görə aparılır və "xxxx" MMC-nin məhz hansı fəaliyyət sahəsi yoxlanılır. Məhkəməyə təqdim olunan sənədlərə əlavə edilmiş "xxxx" MMCdə aparılacaq həmin yoxlama ilə bağlı yoxlama suallarının Siyahısında 18 sual qeyd olunur ki, həmin sualların heç birinin "xxxx" MMC-nin fəaliyyətinə aidiyyəti yoxdur. Onun fikrincə bunu yaxşı bilən yoxlayıcılar yoxlama aparmamaq üçün bəhanə axtarmış və həmin vaxt onun Qusarda olmadığından istifadə edərək yoxlamanın aparılmasında maraqlı olmamış və tərəfindən guya İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi haqqında protokol və işin aidiyyəti üzrə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilməsi haqqında qərardad tərtib etmişlər. Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən Yoxlamanın nəticələri yoxlama aktı ilə rəsmiləşdirilir. Qanunun 32.1-ci maddəsinə görə Yoxlayıcı orqanın vəzifəli şəxsləri yoxlama materiallarına baxarkən düzgün qərar çıxarılması üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Bu zaman sahibkarın xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilə bilməz. Qanunun 32.2-ci maddəsinə görə Yoxlayıcı orqan sahibkarı və aidiyyəti şəxsləri yoxlama materiallarına baxılması ilə bağlı iclasın vaxtı və yeri haqqında rəsmi qaydada yazılı şəkildə xəbərdar etməyə borcludur. Qanunun 33.2-ci maddəsinə görə də Yoxlama materiallarına baxılmasının nəticələri üzrə bu Qanunun 31.1-ci maddəsində göstərilən aktın rəsmiləşdirilməsindən sonra ən geci 15 iş günü müddətində yoxlayıcı orqan tərəfindən müvafiq qərar çıxarılır. Göründüyü kimi, AQTA X5 əməkdaşları tərəfindən yoxlama zamanı həmin hüquq normalarının da tələbləri pozulmuş, yoxılama aktı tanış olmaq üçün ona təqdim olunmamış, yoxlayıcı orqan tərəfindən yoxlama materiallarına baxılması ilə bağlı iclasın vaxtı və yeri haqqında rəsmi qaydada yazılı şəkildə xəbərdar olunmamışdır. AQTA Xaçmaz Regional bölməsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi, Bölmənin əməkdaşları yoxlama ilə əlaqədar xx.xx.2025-ci il tarixdə günorta vaxtı Qusar şəhərində "xxxx" MMC-nə məxsus obyektdə olduqları halda həmin tarixdə də yoxlamanın nəticələri sənədləşdirilmişdir. Bununla da Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 31.1, 32.1, 32.2 və 33.2-ci maddələrinin tələbləri pozulmuş və həmin sənədlərin həftənin 5-ci günü günortadan sonra, yəni cəmi yarım gün ərzində tərtib olunub çatdırılması sadəcə texniki cəhətdən mümkün deyildi. Və əgər belə olsaydı həmin sənədlər poçta xx.xx.2025-ci il tarixdə təqdim olunmazdı. Bundan başqa İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulan, istehlakçıların hüquqlarının müdafiəsi və ya qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət o halda yaranır və inzibati xəta hesab olunur ki, həmin yoxlama sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara aid olmasın. Həmin hallara münasibətdə isə İXM-nin 602.4-cü maddəsi tətbiq eduilir. Hazırkı yoxlama da məhz sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara aiddir. Bu halda da İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta yalnız, Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, təhrif olunmuş, yanlış məlumatın verilməsi və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olunması hallarında yaranır ki, hazırkı yoxlamanın aparılması ilə əlaqədar həmin hallara da yol verilməmişdir. Beləliklə də, hazırkı iş üzrə AQTA Quba-Xaçmaz Regional bölməsi tərəfindən məhkəməyə göndərilmiş materiallarda "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin olmasını, eləcə də onun hərəkətlərində həmin inzibati xətanın törədilməsinin tərkib əlamətlərini təsdiq edəcək heç bir fakt, sübut yoxdur. İXM-nin İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən halları nəzərdə tutan 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 114.1.4-cü maddəsinə görə də İnzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığı əsaslarına görə AQTA Quba-Xaçmaz Regional bölməsi tərəfindən məhkəməyə göndərilmiş, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsinə dair inzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalı olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, KY252348501 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-də xx.xx.2025-xx.xx.2025-ci il tarix aralığında plan üzrə (növbəti) yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan AQTA X5 xx.xx.2025-ci il tarixli, QXYQ-283 nömrəli qərarından görünür ki, "xxxx" MMC-də xx.xx.2025-xx.xx.2025-ci il tarix aralığında plan üzrə (növbəti) yoxlamanın keçirilməsi qərara alınmışdır. Həmçinin həmin qərarda sonuncu planlı yoxlamanın xx.xx.2023-cü il tarixində keçirildiyi göstərilmişdir. İş materiallarında olan AQTA X5 xx.xx.2025-ci il tarixli, QXDQ-283 nömrəli yoxlamanın dayandırlması barədə qərarından görünür ki, "xxxx" MMC-də yoxlamanın keçirilməsi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər (15 gün) müddətə dayandırılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, QTL-296/3/44/7 nömrəli qərarından görünür ki, "xxxx" MMC-NİN (VÖEN:**********) qida təhlükəsizliyi qeydiyyatı hüquqi şəxsin xx.xx.2024-cü il tarixli müraciətinə əsasən ləğv edilmiş və bu barədə Dövlət Reyestrində müvafiq qeyd aparılmışdır. İş materiallarında olan “X18” MMC-yə məxsus müştəri qəbzindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə otelə gəlmiş, xx.xx.2025-ci il tarixdə isə oteldən çıxmışdır. İş materiallarında olan VÖEN-ə dair şəxsi məlumatdan görünür ki, hüquqi ünvanı Qusar şəhəri, Ç.Qurbanov küçəsi, ev 6 olan hüquqi şəxs "xxxx" MMC-nin ********** nömrəli VÖEN-i üzrə fəaliyyət istiqamətləri Avtodayanacaq xidməti (əsas fəaliyyət), Otellərin fəaliyyəti və digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi fəaliyyətləri daxildir. Məhkəmə iş materiallarını, məhkəmə iclasında verilmiş izahatları, etiraz ərizəsini və digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, vəzifəli şəxs Şəxs barəsində AQTA Quba-Xaçmaz Regional bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.1ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə hazırki baxılan iş üzrə mühüm əhəmiyyət kəsb edən bir neçə faktın qeyd edilməsini məqsədəmüvafiq hesab edir.
1. Məhkəmə AQTA X5 nümayəndələrinin məhkəmə iclasında izahatlarını tədqiq edərək hesab edir ki, nümayəndələrin izahatlarından da görünür ki, Şəxs Xanlar oğlu tərəfindən həmin yoxlamanın aparılması zamanı onlara qarşı hər hansı bir maneçilik törədilməmiş, həmçinin həmin şəxslərin yoxlama yerinə buraxılmaması halı mövcud olmamışdır. Belə ki, yoxlamanın aparıldığı tarixdə yəni xx.xx.2025-ci il tarixdə Şəxs Şəki rayonu ərazisində olduğu, yoxlamanın keçirildiyi obyektdə olmadığı, həm iş materiallarına əlavə edilmiş müştəri qəbzi ilə, həm Şəxs izahatı həmçinin nümayəndələrin izahatları ilə sübuta yetirilir.
2. Məhkəmə xx.xx.2025-ci il tarixdə yoxlamanın keçiriləcəyi barədə Şəxs rəsmi qaydada məlumatlandırılmasına dair AQTA X5 nümayəndələri tərəfindən sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs yoxlamanın keçiriləcəyi tarix və saat barədə məlumatı olmadığı üçün onun yoxlamanın aparılacağı obyektdə olmaması hər hansı bir maneçilik törədilməsi kimi qiymətləndirilməməlidir.
3. İş materiallarına əlavə edilmiş mötəbər sübutlarla sübuta yetirilir ki, hüquqi şəxs "xxxx" MMC-nin qida təhlükəsizliyi qeydiyyatı AQTA X5 xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, subyektin qida zənciri subyektləri siyahısına alınması yaxud çıxarılması onun fəaliyyət sahəsinin qida fəaliyyəti sahəsi ilə bağlılığından asılıdır. Belə olduğu təqdirdə hüquqi şəxsin qida təhlükəsizliyi qeydiyyatının ləğv edilməsindən belə anlaşılır ki, AQTA Quba-Xaçmaz Regional bölməsi tərəfindən hüquqi şəxsin VÖEN-nin fəaliyyət istiqamətləri araşdırılmış, qida zənciri subyekti kimi qeydiyyata alınmasının yaxud qeydiyyatının davam etdirilməsi zərurəti aradan qalxdığından AQTA Quba-Xaçmaz Regional bölməsi tərəfindən qeydiyyatın ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, AQTA Quba-Xaçmaz Regional bölməsi tərəfindən hüquqi şəxs "xxxx" MMC-də qida təhlükəsizliyi qeydiyyatının ləğv edildiyi dövrdə yoxlama aparılmamışdır. Həmçinin qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs qida zənciri subyektləri siyahısına daxil olduğu lakin qeydiyyata alınmadığı təqdirdə AQTA Quba-Xaçmaz Regional bölməsi tərəfindən qanunauyğun tədbirlərin görülməli idi. Lakin AQTA Quba-Xaçmaz Regional bölməsi tərəfindən hüquqi şəxsin qida təhlükəsizliyi qeydiyyatının ləğvi məqsədəmüvafiq hesab edilmiş və dövlət reyestrində həmin ləğv edilməsi ilə bağlı müvafiq qeydlər aparılmışdır. Məhkəmə yuxarıda göstərilən halları və iş materiallarını məcmu halda qiymətləndirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsində əsaslı şübhələr mövcud olduğundan və həmin şübhələrin iş materiallarına AQTA Quba-Xaçmaz Regional bölməsi tərəfindən əlavə edilmiş sübutlar ilə sübuta yetirilmədiyindən, nümayəndələrin izahatlarının inzibati xəta hadisəsinin olmadığını təsdiq etdiyindən bununla da iş üzrə əhəmiyyət kəsb edən faktiki halların qanunvericiliyin müəyyən etdiyi qaydada hazırki iş üzrə sübutetmə yükü üzərinə öhdəlik kimi qoyulmuş AQTA Quba-Xaçmaz Regional bölməsi tərəfindən sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə AQTA Quba-Xaçmaz Regional bölməsi tərəfindən başlanılmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması 220.1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qida zənciri obyektlərinin təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsinə görə –fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Qida təhlükəsizliyi haqqında AZƏRBAYCAN RESPUBLİKASİNİN QANUNU 24.1. Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən siyahıya əsasən qeydiyyatı tələb olunmayan qida obyektləri (subyektləri) və bu Qanunun 24.5-ci maddəsi ilə tənzimlənən qida obyektləri istisna olmaqla) və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər qeydiyyat üçün tələb olunan məlumatlar təqdim edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır. 24.11. Bu Qanunun 24.1-ci və 24.5-ci maddələrində qeyd edilən obyektlərin (subyektlərin) həmin maddələrə əsasən qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsi qadağandır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-сi maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsini rəhbər tutaraq:
QƏRARAALDİ:
Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-сi maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir Hakim: Əli Cəlilov