Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-428/2021 21.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1985-ci ildə Qusar rayonu Urva kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 2021-ci ilin may ayında Qusar rayonu Hil meşəsində 2 (iki) ədəd narkotik vasitə olan “Kannabis” bitkisini qanunsuz olaraq kultivasiya etmiş-yəni əkmiş, becərmiş və aqrotexniki qulluq etmişdir. Polis əməkdaşları tərəfindən həmin bitkilər, hər birinin çəkisi 170.0 qram olmaqla aşkar edilmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış, 18 sentyabr 2021-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə verilmişdir. Şəxs meşə sahəsində əkdiyi və aşkar edilərək götürülmüş 2 (iki) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisi iş üçün əhəmiyyət kəsb etdiyindən məhv edilməsi üçün müvəqqəti olaraq Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Qusar RPŞ-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsi ilə MN 1120796-1155 saylı 21.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Məhkəməsi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli 7/938 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün N106” dairəvi möhür əksi “Vət. Şəxs...” yazı və imzalar olan bağlamada 2 (iki) ədəd yaş vəziyyətdə ümumi çəkisi 170,0 qram olan çətənə (kannabis) bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Təqdim edilmiş çətənə bitkiləri tərkiblərinə görə eyni növdəndir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, çətənə (kannabis) bitkisinin ümumi çəkisi-170,0 qram, cəmi tədqiqata sərf edildi-0,1 qram (hər bir obyektdən 0,05 qram olmaqla), qalıq-169,9 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Məhkəməsi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli 7/938 saylı məktubdan görünür ki, aparılmış ekspertiza təqdiqatının dəyəri 88.70 (səksən səkkiz manat yetmiş qəpik) manat təşkil edir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsi məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 169,9 qram çəkidə 2 (iki) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130, 156-cı maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 169,9 qram çəkidə 2 (iki) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-428/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-428/2021
21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver