Məhkəmə qərarları › İş №3(029)-429/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-429/2022

06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-429/2022 06.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin nümayəndəsi X4 iştirakları ilə X3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Şimal X11 Nəzarəti İdarəsinin 25 oktyabr 2022-ci il tarixli MN0002380 saylı qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Şimal X11 Nəzarəti İdarəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə 25 oktyabr 2022-ci il tarixli MN0002380 saylı qərarla həmin şəxs həmin maddə ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilmişdir. X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X1 Qusar rayon qəbul şöbəsinin müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Şimal X11 Nəzarəti İdarəsinin 25 oktyabr 2022-ci il tarixli MN0002380 qərarı ilə o, vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə təqsirli bilinib 350 manat məbləğində cərimə edilmişdir. Belə ki, həmin qərarın qəbul edilməsinə əsas olmuş 12 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, onun tərəfindən Qusar şəhəri Füzuli küçəsində yerləşən DSMF-nun Qusar rayon qəbul şöbəsinin inzibati binasında Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi Qaydalarının (YTQ 01-2001) 6.5, 2. 4.5, 9.1, 2.1, 1.4, 8.3, 4.11 -ci bəndlərinin tələbləri pozulmuşdur. Həmin inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, həmin fakt 13 iyul 2022-ci il tarixli 326 saylı tələbnamə və yanğın-texniki müayinə aktı ilə təsdiq olunur. Bildirir ki, Qusar şəhəri Füzuli küçəsində yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X1 Qusar rayon qəbul şöbəsi müstəqil hüquqi şəxs deyil və həmin qəbul şöbəsinin müdiri olaraq onun hər hansı təşkilat-sərəncamverici və ya inzibatitəsərrüfat səlahiyyətləri yoxdur. Qəbul şöbəsinin müdiri olaraq onun vəzifəsi vətəndaşların sənədlərini qəbul edib Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X2 təqdim etməkdən ibarətdir. Müdiri olduğu qəbul şöbəsinin ayrıca bir təsərrüfatı yoxdur, onun yuxarıda qeyd olunan inzibati binanın idarə olunması ilə bağlı hər hansı əmrləri qəbul etmək səlahiyyəti də yoxdur. Bundan başqa, qeyd olunan inzibati binada Qusar rayon qəbul şöbəsinə heç bir aidiyyəti və tabeçiliyi olmayan başqa struktur bölmələr ( Sosial Xidmət Agentliyi, Məşğulluq şöbəsi) də yerləşir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin qeyd hissəsində göstərilmiş ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifə şəxs hesab edilirlər. Həmin maddənin tələbinə görə vəzifəli şəxs o şəxslər hesab olunur ki, onlar, idarə, müəssisə və ya təşkilatlarda, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləsinlər. Yuxarıda qeyd etdiyi kimi onun təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifəsində işləmir. Onun hətta hər hansı arayışı vermək, hər hansı məsələ ilə bağlı qərarlar qəbul etmək səlahiyyəti yoxdur. Qəbul şöbəsinin özünün möhürü belə yoxdur. Ona görə də, hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti Şimal X11 Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş 12 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xətanın subyekti düzgün müəyyən olunmamış, inzibati xəta hadisəsinin ona heç bir aidiyyəti olmadığı halda qanunsuz olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. İnzibati xəta hadisəsi üzrə inzibati xətanın subyekti düzgün müəyyən olunmadığından, o, inzibati xətanın subyekti olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlana bilməzdi. Həmin əsasa görə, o cümlədən onun inzibati xəta törədilməsinə aidiyyəti olmadığından hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 536.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti Şimal X11 Nəzarəti İdarəsinin 25 oktyabr 2022-ci il tarixli MN0002380 saylı qərarı 03 noyabr 2022-ci il tarixdə poçt vasitəsi ilə ona təqdim edilmişdir (zərfin surəti şikayətə əlavə olunur). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti Şimal X11 Nəzarəti İdarəsinin 25 oktyabr 2022-ci il tarixli MN0002380 saylı qərarı ləğv edilməlidir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1 -ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 şikayət ərizəsini müdafiə etmiş və izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X1 Qusar rayon qəbul şöbəsinin müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Şimal X11 Nəzarəti İdarəsinin 25 oktyabr 2022-ci il tarixli MN0002380 qərarı ilə o, vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə təqsirli bilinib 350 manat məbləğində cərimə edilmişdir. Belə ki, həmin qərarın qəbul edilməsinə əsas olmuş 12 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, onun tərəfindən Qusar şəhəri Füzuli küçəsində yerləşən DSMF-nun Qusar rayon qəbul şöbəsinin inzibati binasında Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi Qaydalarının (YTQ 01-2001) 6.5, 2. 4.5, 9.1, 2.1, 1.4, 8.3, 4.11 -ci bəndlərinin tələbləri pozulmuşdur. Həmin inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, həmin fakt 13 iyul 2022-ci il tarixli 326 saylı tələbnamə və yanğın-texniki müayinə aktı ilə təsdiq olunur. Qusar şəhəri Füzuli küçəsində yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X1 Qusar rayon qəbul şöbəsi müstəqil hüquqi şəxs deyil və həmin qəbul şöbəsinin müdiri olaraq onun hər hansı təşkilatsərəncamverici və ya inzibati-təsərrüfat səlahiyyətləri yoxdur. Qəbul şöbəsinin müdiri olaraq onun vəzifəsi vətəndaşların sənədlərini qəbul edib Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X2 təqdim etməkdən ibarətdir. Müdiri olduğu qəbul şöbəsinin ayrıca bir təsərrüfatı yoxdur, onun yuxarıda qeyd olunan inzibati binanın idarə olunması ilə bağlı hər hansı əmrləri qəbul etmək səlahiyyəti də yoxdur. Bundan başqa, qeyd olunan inzibati binada Qusar rayon qəbul şöbəsinə heç bir aidiyyəti və tabeçiliyi olmayan başqa struktur bölmələr ( Sosial Xidmət Agentliyi, Məşğulluq şöbəsi) də yerləşir. Odur ki, şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. X12 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin nümayəndəsi X8 izahatında göstərmişdir ki, X6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Şimal X11 Nəzarəti İdarəsinin 25 oktyabr 2022-ci il tarixli MN0002380 qərarı ilə vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə təqsirli bilinib 350 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş 12 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, X6 tərəfindən Qusar şəhəri Füzuli küçəsində yerləşən DSMF-nun Qusar rayon qəbul şöbəsinin inzibati binasında Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi Qaydalarının (YTQ 01-2001) 6.5, 2. 4.5, 9.1, 2.1, 1.4, 8.3, 4.11 -ci bəndlərinin tələbləri pozulmuşdur. Hal-hazıra kimi həmin pozuntular aradan qaldırılmamışdır. Həmin qərar yerli baxış keçirilməsi barədə akt əsasında tərtib edilmişdir. Qərar qanuni və əsaslıdır. Ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayət ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 və X12 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin nümayəndəsi X4 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti Şimal X11 Nəzarəti İdarəsinin 25 oktyabr 2022-ci il tarixli MN0002380 saylı qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 536.1-ci maddəsi ilə 350 manat məbləğində cərimə şərti olaraq tərtib edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Bu müddətdə hüquqpozma aradan qaldırırlarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməməlidir. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipi məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X3 Azərbaycan Respublikası İXM-nin 536.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin binanın hansı quruma məxsus olması təyin edilməmiş, həmin şəxsin İXM-nin 536.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla da, X3 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Beləliklə, mövcud vəziyyətdə X3 Azərbaycan Respublikası İXM-nin 536.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X3 dəlillərinin aidiyyəti sübutlarla əlaqəli şəkildə araşdırılmaması iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması anlamına gəlir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Şimal X11 Nəzarəti İdarəsinin 25 oktyabr 2022-ci il tarixli MN0002380 saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Şimal X11 Nəzarəti İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar