Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-44/2022 24.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1971-ci ildə Qusar rayonu Xürel kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən Şəxs haqqında Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 15.02.2022-ci il tarixdə saat 16:00 radələrində Qusar rayonu Xürel kəndində həmkəndliləri ilə birlikdə qumar oyununda iştirak etmişdir. Oyunda istifadə edilən kartlar və 5,65 (beş manat altmış beş qəpik) manat pul götürülmüşdür. Həmin faktla əlaqədar Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X14 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə 16.02.2022-ci il tarixli MN 1169549-59 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, o, 15.02.2022-ci il tarixdə, saat 16 radələrində evindən çıxmış, kəndin mərkəzində yerləşən, köhnə klub adlanan yerə, klubun arxasında olan navesin altına getmişdir. Kənd camaatının toplanmağa başqa əyləncə yeri olmamış, buna görə kənd camaatı ora yığışaraq nərd, domino, şaşki və s. oyunlar oynamışlar. Həmin vaxt orada iyirmidən çox adam olmuşdur. Orada bir neçə həmkəndliləri qumar oynamışlar. O, qumar oynayanlardan kənarda dayanmış, X5 ilə söhbət etmişdir. O, X11 kəndindən yaşadığı Xürel kəndinə idarə etdiyi maşınla gətirmiş, buna görə Vadik Pərvanayev ona benzin pulu kimi 8 manat pul verməli olmuşdur. Həmin vaxt ora polis əməkdaşları gəlmiş və qumar oynayanları şöbəyə dəvət etmişlər. Polis əməkdaşları onu və Vadiki də şöbəyə dəvət edərək hadisənin şahidi olduqlarını və şahid qismində izahat verməli olduqlarını bildirmişlər. Buna görə də o və Vadik şöbəyə getmişlər. Sonradan ona məlum olmuşdur ki, guya o, da qumar oynamışdır. Lakin, bu belə olmamış, həmin vaxt o və Vadik Pərvanayev qumar oynamamışlar. O, heç bir inzibati xətanı törətməmiş, buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, 15.02.2022-ci il tarixdə, saat 16 radələrində evindən çıxmış kəndin mərkəzində yerləşən, köhnə klub adlanan yerə, klubun arxasındakı navesin altına getmişdir. Həmin vaxt orada həmkəndliləri Ağababa Ağayev, Azad Piroğlanov, Rəşid Hacıağayev, Pirvahid Sərkərov, Rəşid Hacağayev və Alik Yağıyev qumar oynamışlar. O, qumar oynayanlardan kənarda dayanmış, Şəxs ilə söhbət etmişdir. Şəxs onu Avaran kəndindən yaşadığı Xürel kəndinə gətirmiş, buna görə o, Şəxs taksi kimi 8 manat pul verməli olmuşdur. Həmin vaxt ora polis əməkdaşları gəlmiş və qumar oynayanları şöbəyə dəvət etmişlər. Polis əməkdaşları onu və Şəxs da şöbəyə dəvət edərək hadisənin şahidi olduqlarını və şahid qismində izahat verməli olduqlarını bildirmişlər. Buna görə də o və Şəxs şöbəyə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərmişdir ki, 15.02.2022-ci il tarixdə, saat 16 radələrində kəndin mərkəzində yerləşən, köhnə klub adlanan yerə, klubun arxasında olan navesin altında o, həmkəndliləri Azad Piroğlanov, Rasim Şixzadayev, Pirvahid Sərkərov, Rəşid Hacağayev və Alik Yağıyev qumar oynamış, adambaşı yer pulu 20 qəpikdən başlamışdır. Həmin vaxt X5 və Şəxs onlardan təxminən iki metr kənarda dayanmış, yol pulu kimi verilməli olan səkkiz manat barədə söhbət etmişlər. Vadik Pərvanayev və Şəxs onlarla qumar oynamamışdır. Polis şöbəsində izahat verərkən izahatı oxumadan imza etmiş, sonradan ona məlum olmuşdur ki, həmin izahatında o, Vadik Pərvanayevin və Şəxs onlarla qumar oynadığını yazmış, ancaq bu belə olmamış, həmin vaxt Vadik Pərvanayev və Şəxs onlarla qumar oynamamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, 15.02.2022-ci il tarixdə, saat 16 radələrində kəndin mərkəzində yerləşən, köhnə klub adlanan yerə, klubun arxasında olan navesin altında o, həmkəndliləri Azad Piroğlanov, Rasim Şixzadayev, Pirvahid Sərkərov, Rəşid Hacağayev və Alik Yağıyev qumar oynamış, adambaşı yer pulu 20 qəpikdən başlamışdır. Həmin vaxt X5 və Şəxs onlardan təxminən iki metr kənarda dayanmış, yol pulu kimi verilməli olan səkkiz manat barədə söhbət etmişlər. Vadik Pərvanayev və Şəxs onlarla qumar oynamamışdır. Polis şöbəsində izahat verərkən izahatı oxumadan imza etmiş, sonradan ona məlum olmuşdur ki, həmin izahatında o, Vadik Pərvanayevin və Şəxs onlarla qumar oynadığını yazmış, ancaq bu belə olmamış, həmin vaxt Vadik Pərvanayev və Şəxs onlarla qumar oynamamışlar. İş materiallarında olan Şəxs Qusar RPŞ-yə verdiyi izahatından görünür ki,15.02.2022-ci il tarixdə saat 17:00 radələrində evdən çıxıb köhnə klub adlanan yerə, klubun arxasındakı navesin altına getmiş, bir çox adamlar həmin yerə yığışmışlar. Orada həmkəndliləri nərd oynamışlar, o, da dayanıb nərd oynayan insanlara baxmışdır. Bir qədər aralıda isə kimlərsə qumar oynamışlar, ancaq o, kimlərin qumar oynadıqlarına fikir verməmişdir. O, həmkəndlisi Vadiklə aralarında olan 8 manat borc söhbətini etmiş, çünki Vadiki Avaran kəndindən öz kəndinə gətirmiş və 8 manat da yol xərci kimi ona verməli olmuşdur. Bu vaxt polis əməkdaşları gəlmiş, o, onları görüb kənara çəkilmiş və polislər orada qumar oynayanları polis şöbəsinə aparmışlar. İş materiallarında olan 15.02.2022-ci il tarixli Qusar RPŞ-nin İTB-nin polis nəfəri polis baş serjantı Rövşən Nəzərovun raportundan görünür ki, 15.02.2022-ci il tarixdə saat 17:00 radələrində polis nəfərləri polis baş serjantı Abbas Abbasov, polis baş serjantı Ballı Ramazanov və polis serjantı Nəbi Ramazanov ilə birlikdə xidmətdə olduğu zaman Qusar rayonu Xürel kəndində ona daxil olmuş məlumata əsasən bir qrup şəxslərin həmin kəndin köhnə klubunun qarşısında qumar oynadığı bildirilmişdir. Onlar həmin yerə yaxınlaşaraq orada qumar oynayan şəxsləri saxlayaraq Qusar RPŞ-yə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxslər Qusar rayonu Xürel kənd sakinləri X15, X6, X9, X16, Şəxs, X7, X3, X4, X1 və X2r. İş materiallarıda CD-diskə baxış keçirən zaman Şəxs qumar oynamadığı, bir qədər kənarda dayandığı müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs 15.02.2022-ci il tarixdə, saat 16 radələrində Qusar rayonu Xürel kəndinin mərkəzində yerləşən, köhnə klub adlanan yerdə, klubun arxasında olan navesin altında qumar oynayan şəxslərin arasında olmamış, həmin şəxslərdən kənarda dayanmışdır. Həmin hal məhkəmə iclasında şahid qismində dindirilən, qumar oyununda iştirak etmiş şəxslərin izahatları ilə, o cümlədən hadisə barədə videogörüntünü əks etdirən DVD diskə baxılarkən təsdiq olunmuşdur. Bununla da, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi-yəni qumar oyununda iştirak etməsi məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə inzibati xəta haqqında protokola hər hansı mötəbər sübut əlavə olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmiş, həmin şəxsin əməlində həmin inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-44/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-44/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver