Məhkəmə qərarları › İş №3(029)-44/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-44/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-44/2024 29.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Qusar rayonu,Yuxarı Ləgər kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan,Azərbaycan Respublikasının vətəndaşı, evli, fəhlə işləyən X1 barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 19:00-da idarə etdiyi “VAZ 2107” ** EV *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Zərərçəkmiş şəxs ayağının üstündən keçmişdir.Nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri almışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və xx.xx.2024-ci il tarixli qərarla X1 barəsində cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 özünü təqsrli bilməyərək izahatında göstərmişdir ki, evə qayıdan zaman yolda zərərçəkmiş şəxsi sərxoş vəziyyətdə yolda gəzərkən görmüşdür. Yanından maşını sürərək keçmişdir. Barmaqlarının üzərindən maşınla keçməmişdir. Zərərçəkmiş şəxs ona şər və böhtan atır. Zərərçəkmiş şəxsin yanından 25 metr aralıda maşını saxlamış, maşından düşərək zərərçəkmiş şəxsdən nə baş verdiyini soruşmuş o da cavabında maşınla barmaqlarının üzərindən keçdiyini bildirmişdir. Sonra evə gəlib axşam uşağının ad günü ilə əlaqədar olaraq bir miqdar spirtli içki qəbul etmişdir. Daha sonra isə onu polis şöbəsinə dəvət etmişlər. Hadisə vaxtı o spirtli içki qəbul etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, həmin gün o siqaret almaq üçün mağazaya getmişdir. Qabaqdan maşın gəldiyini görüb yolun qırağına çəkilmiş, maşın yanında keçən zaman arxa təkərlə onun sağ ayağının barmaqları üzərində keçmişdir. Sonra bir az aralıda saxlayaraq maşından düşüb ona “korsan, niyə yola baxmırsan” demişdir. O isə ona cavab verməmişdir. Fatkla bağlı araşdırılma aparılmış, ekspertiza təyin olunmuşdur. xx.xx.2024-ci il tarixli cinayət işinin başlanması rədd edilmiş haqqında olan qərarda olan 34 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ ayağın 2-ci barmağının qançır-hematoması və dırnaqaltı nahiyyəsinin qansızması bərk küt əşyanın təsirindən, xx.xx.2024-cü il tarixdə avtomobil təkərinin keçməsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X1 qeyd olunan əməli törətməsi, zərərçəkmiş şəxsin izahatı və ekspert rəyi ilə sübut olunur. Zərərçəkmiş şəxsin izahatına nəzər saldıqda hadisənin zərərçəkmiş şəxsin dediyi kimi baş verməsi inandırıcıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılırması növündə inzibati tənbehi tətbiq edilərsə onun gəlirinə təsir edərək, həyat şəraitinə mənfi təsir etdiyindən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılırması növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar