Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-447/2020 02.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1980-ci ildə Tacikistan Respublikası Xucand şəhərində anadan olmuş, Tacikistan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Tacikistan Respublikası Saqdinski vilayəti Xucand şəhəri X1 kəndi Eşenov küçəsi ev 3 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 18:20 radələrində Rusiya Federasiyası istiqamətindən “Samir” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Tacikistan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “X2 2541L” markalı 2792RK02/02AA4607 dövlət mömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, yük nəqliyyat vasitəsinin kabinasında sol qapının üstündə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük orqanına bəyan olunmayan 1 ədəd plastik qabda qablaşması ilə birlikdə ümumi təqribi çəkisi 225 qram təşkil edən, tünd-yaşıl rəngli, spesifik iyə malik “nas”a bənzər maddə aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 7/644, 9/3708 saylı ekspertiza rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində izahedici yazıları olan şəffaf polietilen paketdə 1 ədəd plastik qabda qablaşdırılması ilə birlikdə ümumi çəkisi-224,36 qram, təmiz çəkisi-203,89 qram olan kütlə, kustar üsulla hazırlanmışnasdır (burunotu). Nas narkotik vasitələrə, psixotrop maddələrə aid deyildir. Təqdim olunmuş nas satışda olmadığı üçün qiymətini müəyyən etmək mümkün olmamışdır. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli 01400-1314/20 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 7/644, 9/3708 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində izahedici yazıları olan şəffaf polietilen paketdə 1 ədəd plastik qabda qablaşdırılması ilə birlikdə ümumi çəkisi-224,36 qram, təmiz çəkisi-203,89 qram olan kütlə, kustar üsulla hazırlanmış-nasdır (burunotu). Nas narkotik vasitələrə, psixotrop maddələrə aid deyildir. Təqdim olunmuş nas (burunotu) satışda olmadığı üçün qiymətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 7/644, 9/3708 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixli və saylı ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxshəmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsbarəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 100 (yüz) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri müəyyən olunmayan 1 ədəd plastik qabda qablaşdırılması ilə birlikdə ümumi çəkisi-224,36 qram, təmiz çəkisi- 203,89 qram olan kütlə, kustar üsulla hazırlanmış-nas (burunotu) müsadirə edilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-447/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-447/2020
02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver