Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-448/2020 09.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1961-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2020-ci il tarixdə, saat 12:10 radələrində Rusiya Federasiyası istiqamətindən “Samir” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “DAF FTXF 105” markalı, 44BV175/44ZA503 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin kabinasında sürücü oturacağının arxasından asılmış idman gödəkçəsinin sağ və sol ciblərindən və kabinada cihazlar panelinin üzərində olan, sənədlər qoymaq üçün nəzərdə tutulmuş çantanın içərisindən gömrük nəzarətinə bəyan olunmayan 27 ədəd sellofan paketdə qablaşdırılmış, tünd yaşıl rəngli, spesifik iyə malik, ümumi çəkisi 552,09 qram olan “nas” aşkar olunaraq götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 7/643-9/3707 saylı ekspert rəyində, tədqiqata təqdim olunmuş üzərində izahedici yazıları olan şəffaf polietilen paketdə 27 (iyirmi yeddi) ədəd kiçik polietilen paketlərdə ümumi çəkisi 552,09 qram olan kütlələrin kustar üsulla hazırlanmış “nas” (burunotu) olduğu, “nas”ın narkotik vasitələrə və psixotrop maddələrə aid olmadığı və satışda olmadığı üçün qiymətini müəyyən etməyin mümkün olmadığı, həmçinin təqdim olunmuş kütlələrin 0,54 qramının ekspertiza tədqiqatı zamanı tədqiqata sərf olunduğu qeyd olunmuşdur. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxsbarəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli 01400-1312/20 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsvə inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 7/643-9/3707 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində izahedici yazıları olan şəffaf polietilen paketdə 27 (iyirmi yeddi) ədəd kiçik polietilen paketlərdə ümumi çəkisi 552,09 qram olan kütlələr kustar üsulla hazırlanmış “nas”dır (burunotu). “Nas” (burunotu) narkotik vasitələrə və psixotrop maddələrə aid deyil və satışda olmadığı üçün qiymətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, təqdim olunmuş kütlələrin 0,54 qramı ekspertiza tədqiqatı zamanı tədqiqata sərf olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 7/643-9/3707 saylı saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixli və saylı ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxshəmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsbarəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsşəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 100 (yüz) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri müəyyən olunmayan 27 ədəd sellofan paketdə qablaşdırılmış, tünd yaşıl rəngli, spesifik iyə malik, ümumi çəkisi 552,09 qram olan, ekspertiza tədqiqatına sərf olunmuş 0.54 qram çıxılmaqla qalan 551,55 qram çəkidə “nas” (burunotu) müsadirə edilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-448/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-448/2020
09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver