Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-448/2025 27.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1, xx.xx.1971-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan MR Ordubad rayonu Gilançay kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 11 avqust 2025-ci il tarixdə, saat 21:30 radələrində Rusiya Federasiyası istiqamətindən Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postuna daxil olmuş Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “X2 1844” markalı 90DF989/99ZK889 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı qoşqusunun sol hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük gömrük nəzarətindən gizlədilmiş 6 ədəd “Beluga 1L”, kabinada sərnişin oturacağının arxasında gömrük nəzarətindən gizlədilmiş 1 ədəd “Medved 0.5L” və ayaqqabının içərisində gömrük nəzarətindən gizlədilmiş 1 ədəd “Jagermeister 0.7L” markalı olmaqla xeyli miqdarda, ümumi dəyəri 888 manat təşkil edən spirtli içkilər aşkar olunaraq götürülmüşdür. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 480-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli 10000- 00117/25 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs yuxarıda sadalanan malları Azərbaycan Respublikasının gömrük sərhədində gömrük nəzarətindən gizli keçirməsi təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, həmin şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri 888 manat təşkil edən, 6 ədəd “Beluga 1İ” markalı, 1 ədəd “Medved 0.5 İ” markalı, 1 ədəd “Jagermeister 0.7İ” markalı spirtli içkilər müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-448/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-448/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver