Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-45/2022 23.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1970-ci ildə Qusar rayonu Xürel kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən Şəxs haqqında Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 15.02.2022-ci il tarixdə saat 16:00 radələrində Qusar rayonu Xürel kəndində həmkəndliləri ilə birlikdə qumar oyununda iştirak etmişdir. Oyunda istifadə edilən kartlar və 5,65 (beş manat altmış beş qəpik) manat pul götürülmüşdür. Həmin faktla əlaqədar Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X20 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə 16.02.2022-ci il tarixli MN 1169547-63 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, o, həqiqətən də 15.02.2022-ci il tarixdə saat 16:00 radələrində Qusar rayonu Xürel kəndində həmkəndliləri Ağababa Ağayev, Alik Yağıyev, Rəşid Hacağayev, Pirvahid Sərkərov və Rasim Şıxzadayev ilə birlikdə qumar oyununda iştirak etmişdir. Yer pulu adambaşına 20 qəpik olmuşdur. Əməlindən səmimi peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 17.02.2022-ci il tarixli Şəxs ərizəsindən görünür ki, aradabir kənddə həmkəndliləri ilə bir yerdə pulla qumar oynamışdır. 15.02.2022-ci il tarixdə saat 16:00 radələrində Xürel kəndində poçta işıq pulu köçürməyə getmişdir. Poçtdan qayıdanda görmüşdür ki, köhnə klub adlanan yerdə, klubun arxasındakı navesin altında həmkəndliləri Ağababa Ağayev, Alik Yağıyev, Rəşid Hacağayev, Pirvahid Sərkərov və Rasim Şıxzadayev qumar oynayırlar, adambaşı yer pulu 20 qəpikdən başlayır. O, da qumar oyununa qoşulmuş və qumar oynamışdır. Bundan sonra bir-iki nəfər də oraya gəlmiş ancaq onları xatırlamır. O, bir qədər oynadıqdan sonra həmin yerdən getmək istəmiş, həmin yerə polis əməkdaşları gəlmiş, o, polis əməkdaşlarını görərək qaçmaq istəmiş, lakin polis əməkdaşları onları polis şöbəsinə aparmışdır. Hazırda əməlindən peşmandır, səhv etmişdir və bunu nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Qusar RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru Rəşad Yunisov tərəfindən tərtib edilmiş 15.02.2022-ci il tarixli protokoldan görünür ki, Qusar rayonu Xürel kənd sakinləri X14, X4, X7, X1, X5, X2, X3 və Şəxs Xürel kəndində pulla qumar oyunu oynamaları barədə məlumata əsasən keçirilmiş tədbir zamanı qumar oynadıqları yerdən götürülmüş oyun kartları və 5 manat 65 qəpik pul maddi sübut qismində götürülmüşdür. İş materiallarında olan Şəxs Qusar RPŞ-yə verdiyi izahatından görünür ki, ailəsi ilə birlikdə Qusar rayonu Xürel kəndində yaşayır. O, hərdən bir kənddə həmkəndlilərilə bir yerdə pulla qumar oynayır. 15.02.2022-ci il tarixdə, saat 16 radələrində kənddəki poçta işıq pulunu köçürməyə getmişdir. Poçtdan qayıdanda görmüşdür ki, köhnə klub adlanan yerdə, klubun arxasındakı navesin altında həmkəndliləri X21, Yağıyev Alik, Rəşid Hacağayev, Pirvahid Sərkərov və Rasim Şıxzadayev qumar oynayırlar, adambaşı yer pulu 20 qəpikdən başlayır. O, da qumara qoşulmuş və oynamağa başlamışdır. Bundan sonra bir-iki nəfər də oraya gəlmişlər, ancaq onları dəqiq xatırlamır. O, bir az oynayıb oradan təzəcə aralanmaq istəmişdir ki, polis əməkdaşları gəlmişlər, o, onları görüb qaçmaq istəmiş, lakin polis əməkdaşları onu görmüş və onları polis şöbəsinə aparmışlar. İş materiallarında olan X15 izahatından görünür ki, 15.02.2022-ci il tarixdə yaşadığı Qusar rayonu Xürel kəndində köhnə klub adlanan yerin yanındakı navesin altında həmkəndliləri Ağababa Ağayev, Alik Yağıyev, Şəxs, Rəşid Hacağayev qumar oynadıqlarını görmüş, o, kənarda dayanmışdır. O, heç vaxt qumar oynamamışdır. Polis əməkdaşları gələrək onları Qusar Rayon Polis Şöbəsinə aparmışlar. İş materiallarında olan X6 izahatından görünür ki, 15.02.2022-ci il tarixdə saat 17:30 radələrində yaşadığı kənddəki köhnə klub adlanan yerdə, klubun arxasındakı navesin altında həmkəndliləri Ağababa Ağayev, Alik Yağıyev, Rəşid Hacağayev, Rizvan Qurbanov, Vadik Pərvanayev, Pirvahid Sərkərov, Şəxs və Rasim Şıxzadayev qumar oynamışlar, adambaşı yer pulu 20 qəpikdən başlamışdır. O, kənarda durub baxmış və bu vaxt polis əməkdaşları gəlmiş, o polis əməkdaşlarını görüb kənara çəkilmiş, daha doğrusu orada nərd oynayanların yanına getmişdir. Polis əməkdaşları orada qumar oynayanları Qusar Rayon Polis Şöbəsinə aparmışlar. İş materiallarında olan 15.02.2022-ci il tarixli Qusar RPŞ-nin İTB-nin polis nəfəri polis baş serjantı Rövşən Nəzərovun raportundan görünür ki, 15.02.2022-ci il tarixdə saat 17:00 radələrində polis nəfərləri polis baş serjantı Abbas Abbasov, polis baş serjantı Ballı Ramazanov və polis serjantı Nəbi Ramazanov ilə birlikdə xidmətdə olduğu zaman Qusar rayonu Xürel kəndində ona daxil olmuş məlumata əsasən bir qrup şəxslərin həmin kəndin köhnə klubunun qarşısında qumar oynadığı bildirilmişdir. Onlar həmin yerə yaxınlaşaraq orada qumar oynayan şəxsləri saxlayaraq Qusar RPŞ-yə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxslər Qusar rayonu Xürel kənd sakinləri X21, X12, X16, X22, X9, X13, X10, X11, Şəxs və X8r. İş materiallarında olan DVD-diskə baxış keçirən zaman Şəxs qumar oynadığı müəyyən olunmuşdur. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İş üzrə maddi sübut olan və iş materiallarına əlavə olunmuş qumara qoyulmuş pul vəsaitləri-yəni 5,65 (beş manat altmış beş qəpik) manat pul və oyun kartları müsadirə edilməlidir. İş materiallarına əlavə olunmuş videoçəkilişə dair DVD disk işdə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri-yəni 5,65 (beş manat altmış beş qəpik) manat pul və oyun kartları müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə edilsin. İş materiallarına əlavə olunmuş videoçəkilişə dair DVD disk işdə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-45/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-45/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver