Məhkəmə qərarları › İş №3(029)-45/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-45/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-45/2024 20.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Qusar rayonu,İmamqulukənd kəndində anadan olmuş, Qusar şəhəri,Balaqadaşov küçəsi,ev 46 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(029)- 471/2023 saylı icra sənədinə əsasən tələbkar X1 1610 manat aliment borcu yaranmışdır. Borclu qərəzli olaraq borcu ödəməkdən yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki,məhkəmə qətnaməsini almış,lakin həmin qətnaməni oxumamışdır.Sonradan ona məlum olmuşdur ki,hər ay 300 (üç yüz) manat məbləğində aliment ödəməlidir.Həmin məbləğ ilə razı deyil.O,maddi imkanı olan kimi aliment ödənişlərini etmiş və bu ödənişləri məhkəməyə təqdim etdiyi qəbzlərlə təsdiq edir. Halhazıradək 950 (doqquz yüz əlli) manat ödəniş etmişdir.2023-cü ilin iyun ayından dekabr ayına kimi “Pioner” marketdə sürücü işləmiş,aylıq 700 (yeddi yüz) manat məbləğində əmək haqqı almışdır. Sonuncu iş yeri "xxxx" MMC olmuş, orada sürücü işləmiş və 345 (üç yüz qırx beş) manat əmək haqqı alımışdır. "xxxx" MMC-dən də işdən çıxmış, hal hazırda heç bir yerdə işləmir. İşi olmadığına görə aliment borcu yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki,aliment borcunun ödənilməsi ilə bağlı borcluya məlumatlar verilmiş və qanunda nəzərdə tutulmuş icra tədbirləri həyata keçirilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2023-ci il tarixli bildirişin surətindən görünür ki, Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-471/2023 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə,580255 saylı axtarış işi açılaraq o, yerli axtarışa elan olunmuşdur. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə aliment borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı məlum oldu ki, Şəxs məhkəmə qətnaməsindən məlumatı olmuş,hər ay 300 (üç yüz) manat məbləğində aliment ödənilməsi öhdəliyindən məlumatı olmuşdur. 2023-cü ilin iyun ayından dekabr ayına kimi “Pioner” marketdə sürücü işləmiş,aylıq 700 (yeddi yüz) manat məbləğində əmək haqqı almışdır.İşlədiyi vaxtlarda stabil əmək haqqısı (700 manat) olmuş,lakin məhkəmə qərarı ilə ödəməli olduğu 300 manat məbləğində aliment borcunu ödəməmişdir.Belə olan halda məhkəmə hesab edir ki, Şəxs aliment borcunu ödəməkdən qərəzli şəkildə yayınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs hal-hazırda icra sənədi üzrə borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz.Həmçinin cərimə tənbehi tətbiq edildiyi təqdirdə maddi məhrumiyyətlərə məruz qala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar