Məhkəmə qərarları › İş №3(029)-450/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-450/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-450/2025 19.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X4, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli 16/1-186635 saylı qərarından verdiyi şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli 16/1-186635 saylı qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini, barəsində İXM-nin 353.2-ci maddısi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 18 avqust 2025-ci il tarixli, EQ 30032695 saylı elektron qərarına əsasən o, İXM-nin 353.2-ci maddəsi ilə, yəni etibarnaməyə əsasən idarə etdiyi KAMAZ markalı, ** BF *** dövlət qeydiyyat nişanlı yük maşını “icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə” 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. O, həmin qərarı əsassız hesab edərək qərardan Qusar Rayon Məhkəməsinə şikayət etmiş, Qusar Rayon Məhkəməsinin 3(029)-33/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli qərarına əsasən şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 18 avqust 2025-ci il tarixli, EQ 30032695 saylı elektron qərarı ləğv edilmişdir. Lakin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 13 oktyabr 2025-ci il tarixli, 16/1-186635 saylı qərarına əsasən o, yenidən eyni əmələ görə, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 18 avqust 2025-ci il tarixli, EQ 30032695 saylı elektron qərarının çıxarıldığı əmələ görə İXM-nin 353.2-ci maddəsi ilə 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 13 oktyabr 2025-ci il tarixli, 16/1-186635 saylı qərarında qeyd edilmişdir ki, guya Qusar Rayon Məhkəməsinin 3(029)-33/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 18 avqust 2025-ci il tarixli, EQ 30032695 saylı elektron qərarının ləğv edilməsi və həmin inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi qərara alınmışdır. Lakin, Qusar Rayon Məhkəməsinin 3(029)-33/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 18 avqust 2025-ci il tarixli, EQ 30032695 saylı elektron qərarı ləğv edilmişdir. Məhkəmənin qərarında həmin inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə heç bir göstəriş yoxdur və məhkəmə tərəfindən həmin iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi, onun barəsində çıxarılmış 18 avqust 2025-ci il tarixli, EQ 30032695 saylı elektron qərarının məhkəmə qərarına əsasən ləğv edilməsinə baxmayaraq, onun İXM-nin 353.2-ci maddəsi ilə 600 (altı yüz) manat məbləğində cərimə edilməyi barədə yenidən, eyni fakta görə qanunsuz qərar qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 13 oktyabr 2025-ci il tarixli, 16/1-186635 saylı qərarı onun ünvanına poçtla göndərilmişdir və o, həmin qərarı rəsmi qaydada 07 noyabr 2025-ci il tarixdə almışdır. Şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(029)-334/2025 saylı qərarından görünür ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 18 avqust 2025-ci il tarixli, EQ 30032695 saylı elektron qərarın ləğv edilməsi və barəsində İXM-nin 353.2-ci maddəsi ilə inzibati xəta haqqinda işin icraatına xitam verilməsi barədə şikayəti təmin edilmiş və Azərbaycan Respublikası Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 30032695 saylı qərarı ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli 16/1-186635 saylı qərarından görünür ki, İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X3 barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Vasif Yüzbəyov barəsində çıxarılmış elektron qərardan Qusar rayon məhkəməsinə şikayət vermiş və xx.xx.2025-ci il tarixdə məhkəmədə işə baxılaraq EQ 30032695 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və həmin inzabiati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul olunmuşdur. Göründüyü kimi, Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(029)-334/2025 saylı qərarı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 18 avqust 2025-ci il tarixli, EQ 30032695 saylı elektron qərarın ləğv edilməsi və barəsində İXM-nin 353.2-ci maddəsi ilə inzibati xəta haqqinda işin icraatına xitam verilməsi barədə şikayəti təmin edilməklə həmin qərar ləğv edilmişdir. Bununla da, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli 16/1-186635 saylı qərarı qəbul edilərkən X2 istinad olunan eyni fakt üzrə Qusar rayon məhkəməsi hakiminin inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərarı mövcud olduğu halda onun eyni əmələ görə yenidən inzibati məsuliyyətinə cəlb olunması barədə qərarın qəbul edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinin “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəası yalnız həmin Məcəllənin 53-cü maddəsində göstərilən, mahiyyəti üzrə işə baxmadan və sübutları qiymətləndirmədən icraatı rədd edən halları ehtiva edir. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq belə qənaətə gəlirəm ki, eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərarı olduğundan və bununla da, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı İXM-nin 53-cü maddəsiundə nəzərdə tutulan icraatı rədd edən hal aşkar olunduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli 16/1-186635 saylı qərarından verilən şikayət əsaslıdır. Odur ki, həmin qərar ləğv edilməli və X3 barəsində İXM-nin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli 16/1-186635 saylı qərarı ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar