Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-451/2020 05.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1997-ci ildə Quba rayonu Qaraçay kəndində anadan olmuş, Qusar rayonu Avaran kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 2019-cu ilin sentyabr ayında Rusiya Federasiyasından özü ilə gətirdiyi 02 ədəd marixuana toxumunu Qusar rayonu ərazisində yerləşən “BƏNÖVŞƏ” restoranının yaxınlığındakı meşə ərazisində əkmiş və aqrotexniki qulluq etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış, xx xxxxxxxx 2020-ciiltarixli “sübutlarınqiymətləndirilməsihaqqında” qərarla Şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə cinayət təqibinə başlanılmaması və onun Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin icra edilməsi üçün Qusar RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının CM-nin 221.3 və 234.2-ci maddələri ilə yenidən ittiham elan olunması və barəsində Qusar rayon məhkəməsi tərəfindən seçilmiş 03 ay müddətinə “həbs” qətimkan tədbirinin dəyişdirilməsinə zərurət olmadığından qüvvəsində saxlanılması qərara alınmışdır. Bundan başqa, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 0,447 qram marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərər alınmışdır. Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsi ilə MN 0496830-689 saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, o, həqiqətən də, 2019-cu ilin sentyabr ayında Rusiya Federasiyasından özü ilə gətirdiyi 02 ədəd marixuana toxumunu Qusar rayonu ərazisində yerləşən “BƏNÖVŞƏ” restoranının yaxınlığındakı meşə ərazisində əkmiş və aqrotexniki qulluq etmişdir. Daha sonra həmin çətənə kolunun yarpaqlarını və gövdəsini hissələrə bölüb toplamış, özündə saxlamış və satmışdır. Şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsi məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış 0,447 qram narkotik vasitə qurudulmuş marixuana yuxarıda göstərilən cinayət işi üzrə maddi sübut kimi tanınmışdır və həmin cinayət işinə baxılarkən maddi sübut barədə qərar qəbul ediləcəkdir. Bu səbəbdən də, hazırkı iş üzrə həmin maddi sübutla bağlı hər hansı qərar qəbul edilməsinə ehtiyac yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130, 156-cı maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-451/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-451/2020
05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver