Məhkəmə qərarları › İş №3(029)-454/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-454/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-454/2025 08.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Quba-Xaçmaz regional şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-сü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 20 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən 22 oktyabr 2025-ci il tarixli 3-17-5/2-97750/2025 saylı məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, poçtun izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin qanunla müəyyən edilmiş müddət ərzində Şəxs MMC tərəfindən təqdim edilmədiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X3 Xidməti Quba-Xaçmaz regional şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə hüquqi şəxs Şəxs MMC-nin və inzibati xəta haqqında protokolu tərtib etmiş X3 Xidməti Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan X3 Xidməti Quba-Xaçmaz regional şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 22 oktyabr 2025-ci il tarixli 3-17-5/2-97750/2025 saylı məktubunun surətindən görünür ki, vətəndaş X2 müraciəti əsasında həmin şəxsə aid xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək iş vaxtının uçotu cədvəlinin surətinin, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək haqlarının hesablanıb ödənilməsi cədvəlləri və bu barədə təsdiqedici sənədlərin, vətəndaşların müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun 7 (yeddi) iş günü ərzində X3 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə təqdim edilməsi həmin MMC-dən xahiş olunmuşdur. Poçt göndərişlərinin izlənilməsi sistemindən görünür ki, SS964354898 AZ kodlu məktub 29 oktyabr 2025-ci il tarixdə saat 14:52-də Şəxs MMC-yə çatdırılmışdır Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2ci hissəsinin tələbinə uyğun olaraq əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən X3 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən Şəxs MMC-dən vətəndaş X2 müraciəti əsasında həmin şəxsə aid xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək iş vaxtının uçotu cədvəlinin surətinin, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək haqlarının hesablanıb ödənilməsi cədvəlləri və bu barədə təsdiqedici sənədlərin, vətəndaşların müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun 7 iş günü ərzində həmin şöbəyə təqdim edilməsi tələb olunsa da, həmin MMC həmin tələbi yerinə yetirməmişdir. Bununla da, həmin MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmuş, bu isə Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tövsif edilməli və hüquqi şəxs həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq həmin MMC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində tətbiq edilən inzibati cərimə şərti tətbiq olunmalı, həmin şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün 1 ay müddət müəyyən olunmalı, həmin müddət ərzində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə həmin MMC inzibati cərimənin ödənilməsindən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-сü maddəsi ilə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində cərimə edilsin. Şəxsnə həmin cərimə şərti olaraq tətbiq edilsin və 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Şəxs tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar