Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-456/2020 06.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ xx.xx.1984-cü ildə Qusar rayonu Cağar kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Quba rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)- 2307/2018 saylı icra sənədinə əsasən xx xxx 2007-ci il təvəllüdlü X1 və xx xxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa 80 (səksən) manat olmaqla cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Şəxs alınaraq X3 verilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq aliment öhdəliyinin icrasından yayınmış, hal-hazırda onun 3250 manat məbləğində aliment borcu vardır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, aliment ödəməyə imkanı olmadığından həmin alimenti ödəmədiyini, hazırda da alimenti ödəmək iqtidarında olmadığını göstərmiş və barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(029)- 103/2020 saylı qərardadının surətindən görünür ki, borclu Şəxs məcburi qaydada Qusar rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs xx.xx.2020-ci il tarixli izahatının surətindən görünür ki, həmin şəxs imkanı olmadığından aliment ödəyə bilmədiyini göstərmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Quba rayon məhkəməsinin 2(027)-2307/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli icra sənədi üzrə icra prosesi zamanı borclu Şəxs 3250 manat məbləğində aliment borcu yaranmışdır. Göründüyü kimi, Şəxs Quba rayon məhkəməsinin 2(027)-2307/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmış, hazırda icra sənədi üzrə aliment borcu 3250 manat təşkil edir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə aliment borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs hal-hazırda icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-456/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-456/2020
06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver