Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-458/2020 09.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1984-cüildə Rusiya federasiyası Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, RF Dağıstan Respublikası Karabudaxkentskiy rayonu Manas kəndi Sedeva küçəsi ev 7 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 21:15 radələrində Azərbaycan Respublikası istiqamətindən “Samur” gömrük postunun ixrac gömrük nəzarəti zonasına daxil olan Rusiya Federasiyasının vətəndaşı Şəxs idarə etdiyi “Volvo FH 4X2 T” markalı H682PE05/AE644405 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, yük nəqliyyat vasitəsinin sürücü kabinasında yerləşən qara rəngli çantanın içərisində, şəxsi geyimlərin arasından gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd üzərində “04210 2” yazısı əks olunmuş tapança darağı, 4 ədəd üzərində “АКБС 45 Rubber” yazısı əks olunmuş patron, 1 ədəd üzərində “ТЕХКРИМ 45 Rubber” yazısı əks olunmuş patron aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2020-ci il tarixli, 3/1201, 9/3880 saylı ekspertiza rəyinə əsasən tədqiqata təqdim edilmiş 1 ədəd sandıqça zavod üsulu ilə istehsal edilmiş 8 ədəd 11,43 mm (45 Rubber 13T) kalibrli travmatik patron tutumuna malik olub “MP 80 13T” modelli travmatik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşıyan sandıqçadır, odlu silahın komplekt hissəsi deyil, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 5 ədəd patron zavod üsulu ilə hazırlanmış, 11,43 mm (45 Rubber 13T) kalibrli olub uyğun modelli travmatik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş travmatik patronlardır, döyüş sursatı hesab edilmir, istifadəyə yararlıdır. Ekspertiza tədqiqatına təqdim edilmiş predmetlərin xx.xx.2020-ci il tarixə orta bazar qiyməti 19,25 manat müəyyən edilir. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən X1 Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli 01400-1356/20 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, inzibati xətanı törətməyini etiraf edir və əməlimdən səmimi peşmandır. Odur ki, barəsində yüngül tənbeh növü tətbiq edilməsini xahiş edir. Həmçinin, o, Rusiya Federasiyası vətəndaşı olmaqla Dağıstan Respublikası Karabudaxkentskiy rayonu Manas kəndi Sedeva küçəsi ev 7 ünvanda yaşayır. Hal-hazırda mövcud vəziyyətlə bağlı (Covid 19 xəstəliyi və s) Rusiya Federasiyasına qayıtmalıdır. Ona görə də, bunun nəzərə alınmasını və işinə tez baxılmasını xahiş edir. Həmçinin, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Odur ki, işə onun iştirakı olmadan baxılmasını və yekun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3/1201, 9/3880 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sandıqça zavod üsulu ilə istehsal edilmiş 8 ədəd 11,43 mm (45 Rubber 13T) kalibrli travmatik patron tutumuna malik olub “MP 80 13T” modelli travmatik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşıyan sandıqçadır, odlu silahın komplekt hissəsi deyil, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 5 ədəd patron zavod üsulu ilə hazırlanmış, 11,43 mm (45 Rubber 13T) kalibrli olub uyğun modelli travmatik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş travmatik patronlardır, döyüş sursatı hesab edilmir, istifadəyə yararlıdır. Ekspertiza tədqiqatına təqdim edilmiş predmetlərin xx.xx.2020-ci il tarixə orta bazar qiyməti 19,25 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 3/1201, 9/3880 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixli və saylı ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 120 (yüz iyirmi) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri 19,25 (on doqquz manat iyirmi beş qəpik) manat təşkil edən 1 ədəd üzərində “04210 2” yazısı əks olunmuş travmatik tapança darağı, 4 ədəd üzərində “АКБС 45 Rubber” yazısı əks olunmuş travmatik patron, 1 ədəd üzərində “ТЕХКРИМ 45 Rubber” yazısı əks olunmuş travmatik patron müsadirə edilsin. İş üzrə 120 (yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-458/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-458/2020
09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver