Məhkəmə qərarları › İş №3(029)-459/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-459/2020

26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-459/2020 26.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx xxxxxxxx 1975-ci ildə Ermənistan Respublikasında anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 05:20 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “MAN” markalı **- ZR-***/**-ZE-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, kabinada tavan hissədə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən, yataq yerinin altından və yataq yerinin üst hissəsində əşyalar qoymaq üçün yerdən gömrük orqanlarına bəyan olunmayan 16 ədəd “Sterile 1203RL” yazılı tatu üçün kartric iynəsi, 2 ədəd 15 ml-lik “Goochie permanent Makeup” markalı mikropiqmentli kosmetik rəng, 3 ədəd 15 ml-lik “X4 Fancy” markalı dodaq döyməsi üçün piqment, 3 ədəd 15 ml-lik “X5 black” markalı göz döyməsi üçün piqment, 3 ədəd “Sustaine blue gel Anesthetic” markalı gel, 4 ədəd 15 ml-lik “World Famous” markalı tatu üçün mürəkkəb, 1 ədəd 15 ml-lik “X2” markalı qaş döyməsi üçün piqment, 1 ədəd 7 ml-lik “Sof Tap 160 Royal Fudge” markalı kosmetik vasitə, 3 ədəd plasmas başlıq, 1 ədəd “İqos 3 Multi” və 1 ədəd “İqos 3 Duos” markalı elektron siqaret aparatı, 2 qutu hər qutuda 30 ədəd və 2 qutu hər qutuda 10 ədəd olmaqla, cəmi 80 ədəd “İqos” markalı təmizləmə çubuğu, 3 qutu hər qutuda 2 həb olmaqla cəmi 6 həb “Дронтол плюс”markalı baytarlıq peraparatı, 3 ədəd 100 ml-lik şüşə flakonda “Хондартрон” adlı dərman preparatı, 3 ədəd 100 ml-lik şüşə flakonda “Кафорсен” adlı dərman preparatı, 1 ədəd 750 həblik plastik qabda, çəkisi 488 qram olan “Beaphar Top 10” markalı heyvan üçün qida əlavəsi, 1 ədəd üzərində “J-cain cream lidocaine” markalı krem, 1 ədəd “Apple WatchSeiries 3” markalı qol saatı, 1 ədəd “Богиня”yazılı və 1 ədəd “Pacific Legend” yazılı qadın üçün gödəkçə aşkar olunaraq götürülmüş və Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin Təhqiqat Bölməsinə təhvil verilmişdir. Həmin faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X1 tərəfindən inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə №01400-1150/20 saylı, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxxxxxx 2020-ci il tarixli, 6/1581 saylı və xx xxxxxxx 2020-ci il tarixli, 9/3038 saylı rəylərinə əsasən, tədqiqata təqdim edilmiş dərman preparatları xx xxxx 2005-ci il tarixli Azərbaycan respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılar”-na və xx xxxx 2016-cı il tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahılarına daxil deyildirlər və üzərində qeyd olunmuş tarix göstəricilərinə əsasən yararlılıq müddəti bitməmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş, 21 adda istifadəyə yararlı malların ümumilikdə xx xxxxxx 2020-ci il tarixdə orta bazar qiyməti təxminən 5523.75 (beş min beş yüz iyirmi üç manat yetmiş beş qəpik) manat müəyyən edilmişdir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi iş materialında olan özünün izahatı və hal şahidlərinin izahatları, xx xxxxxxx 2020-ci il tarixli, № 01400-1150/20 saylı inzibati xəta haqqında protokoll və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsinin tətbiq edilməsini məqsədəuyğun hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-сı maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan Şəxs götürülmüş,Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin Təhqiqat Bölməsinə təhvil verilmiş, xx xxxxxx 2020-ci il tarixdə orta bazar qiyməti təxminən 5523.75 (beş min beş yüz iyirmi üç manat yetmiş beş qəpik) manat olan kabinin tavan hissədə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən, yataq yerinin altından və yataq yerinin üst hissəsində əşyalar qoymaq üçün yerdən gömrük orqanlarına bəyan olunmayan 16 ədəd “Sterile 1203RL” yazılı tatu üçün kartric iybəsi, 2 ədəd 15 ml-lik “Goochie permanent Makeup” markalı mikropiqmentli kosmetik rəng, 3 ədəd 15 ml-lik “X4 Fancy” markalı dodaq döyməsi üçün piqment, 3 ədəd 15 ml-lik “X5 black” markalı göz döyməsi üçün piqment, 3 ədəd “Sustaine blue gel Anesthetic” markalı gel, 4 ədəd 15 ml-lik “World Famous” markalı tatu üçün mürəkkəb, 1 ədəd 15 ml-lik “X2” markalı qaş döyməsi üçün piqment, 1 ədəd 7 ml-lik “Sof Tap 160 Royal Fudge” markalı kosmetik vasitə, 3 ədəd plasmas başlıq, 1 ədəd “İqos 3 Multi” və 1 ədəd “İqos 3 Duos” markalı elektron siqaret aparatı, 2 qutu hər qutuda 30 ədəd və 2 qutu hər qutuda 10 ədəd olmaqla, cəmi 80 ədəd “İqos” markalı təmizləmə çubuğu, 3 qutu hər qutuda 2 həb olmaqla cəmi 6 həb “Дронтол плюс” markalı baytarlıq peraparatı, 3 ədəd 100 ml-lik şüşə flakonda “Хондартрон” adlı dərman preparatı, 3 ədəd 100 ml-lik şüşə flakonda “Кафорсен” adlı dərman preparatı, 1 ədəd 750 həblik plastik qabda, çəkisi 488 qram olan “Beaphar Top 10” markalı heyvan üçün qida əlavəsi, 1 ədəd üzərində “J-cain cream lidocaine” markalı krem, 1 ədəd “X3 3” markalı qol saatı, 1 ədəd “Богиня” yazılı və 1 ədəd “Pacific Legend” yazılı qadın üçün gödəkçə müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar