Məhkəmə qərarları › İş №3(029)-46/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-46/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-46/2025 03.03.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Hüquqi şəxs «ZİYA-E TİBB TƏDRİS MƏRKƏZİ” MMC (VÖEN №**********) barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti Şimal regional X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən «ZİYA-E TİBB TƏDRİS MƏRKƏZİ” MMC-nin nəzdindəki X3 keçirilmiş planlı YTM zamanı “İcbari Sığrota haqqında” AR-nin qanunun 35-2-ci maddəsinin tələbi pozulmuşdur. Həmin faktla bağlı X2 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin inspektoru X1 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs «ZİYA-E TİBB TƏDRİS MƏRKƏZİ” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.1-ci maddəsi ilə MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. X2 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, protokolu müdafiə etdiyini və inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «ZİYA-E TİBB TƏDRİS MƏRKƏZİ” MMC məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin həmin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 64.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «ZİYA-E TİBB TƏDRİS MƏRKƏZİ” MMC-nin nümayəndəsinin və X2 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin 26 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs MMC” şirkətində plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2025-ci il tarixli KY252265687 nömrəli çıxarışdan görünür ki, Şəxs MMC-də xx.xx.2025-xx.xx.2025-ci il tarixədək yanğın təhlükəsizliyi haqqında qanunun tələblərinə riayət edilib-edilməməsinin yoxlanılacağı olması müəyyən edilmişdir. İş materiallarında olan 24 yanvar 2025-ci il tarixli, 3404 nömrəli Yanğın texniki müayinə Aktından göründüyü kimi, Şəxs MMC şirkətində müayinə aparılarkən aşkar olunmuşdur ki,

1. Obyekt ilkin odsöndürmə vasitələri ilə təmin olunmamışdır.

2. Daxili elektrik naqillərinin izoliyasiyalarının gərginliyə qarşı müqavimətlərinin yoxlanılması barədə mütəxəssis aktı təqdim olunmamışdır.

3. Avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları quraşdırılmamışdır.

4. Tikinti layihə sənədlərinin FHN-nin DYMX ilə razılaşdırılması barədə sənəd təqdim olunmamışdır.

5. Obyektin icbari sığorta olunması barədə sənəd təqdim olunmamışdır.

6. Obyektin çardaq hissəsində istifadə olunan yanar taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulması barədə sənəd təqdim edilməmişdir.

7. İşçilərin yanğına qarşı təlimatlandırılması barədə sənədlər təqdim edilməmişdir.

8. Obyektdə yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq qaz rezin boru vasitəsilə çəkilmişdir.

9. Obyekt layihələşdirmə normalarına, yanğına qarşı tələblərə riayət olunmadan yenidən planlaşdırılmışdır, obyektdə layihədən kənar arakəsmələr mövcuddur.

10. Obyektin görünən yerlərindən FHN-nin 101, 112 çağırış nömrələri yazılmış lövhələr asılmamışdır.

11. Obyektin elektrik naqilləri EQQQ-ya uyğun quraşdırılmamışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs «ZİYA-E TİBB TƏDRİS MƏRKƏZİ” MMC həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hüquqi şəxs «ZİYA-E TİBB TƏDRİS MƏRKƏZİ” MMC-nin həmin inzibati xətanı törətməsi, MN № ******* saylı, xx.xx.2023-cü il tarixli saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən Bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə- fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «ZİYA-E TİBB TƏDRİS MƏRKƏZİ” MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «ZİYA-E TİBB TƏDRİS MƏRKƏZİ” MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs «ZİYA-E TİBB TƏDRİS MƏRKƏZİ” MMC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Hüquqi şəxs «ZİYA-E TİBB TƏDRİS MƏRKƏZİ” MMC (VÖEN №**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-сi maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.

Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar