Məhkəmə qərarları › İş №3(029)-460/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-460/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-460/2020 13.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxx 1984-cü ildə Qusar rayonu, Hil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, inzibati məsuliyyətə cəlb edilmiş, Qusar rayonu, Hil kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Qusar rayonu, Hil kəndində yerləşən evində həyat yoldaşı Zərərçəkmiş şəxs saçından tutaraq dartmaqla ona fiziki ağrılar yetirmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsi tərəfindən araşdırma ararılmış, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, X1 Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzi verilmiş məlumat əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTBnə göndərilmişdir. Qusar RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı, Həmid-zadə Elnur Rəsul oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə MN 0651213-678 saylı, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Son 1 il müddətdə aralarında tez-tez mübahisələr olur. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində yaşadığı evə gəlmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəmnində mübahisə etmişdir. Onu saçlarından dartaraq əli ilə onunn üzündən vuraraq ona fiziki ağrı yetirmişdir. Əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun həyat yoldaşıdır. Son müddət aralarında münasibətlər kəskinləşmişdir. Belə ki, əri Şəxs evə tez-tez sərxoş vəziyyədə gələrək dava-dalaş salaraq onu döymüşdür. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində əri Şəxs sərxoş vəziyyətdə evə gəlmiş və onunla mübahisə etməyə başlamışdır. Onun saçlarından tutaraq ona fiziki ağrılar yetirmişdir. Əri Şəxs onu may və iyul aylarında onu döydüyünə görə ona cərimə cəzası tətbiq edilmişdir. Lakin, o bütün bunlara baxmayaraq nəticə çıxartmamışdır. Hal-hazırda o, əri Şəxs ilə barışmamışdır. Ona ciddi cəza verilməsini xahiş edir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 461 saylı Ekspert rəyindən görünür ki, 1989-cu il təvəllüdlü X2 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq belə nəticəyə gəlmək olar ki, X2 bədən səthində xəsarət aşkar edilməmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İXM-nin 157 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan izahatlarla müəyyən olunur ki, həqiqətən də Şəxs zərər çəkmiş şəxsə dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında vermiş olduğu özünün və zərər çəkmiş şəxsin izahatları, həmçinin tərtib edilmiş inzibati xəta haqında protokol və protokola əlavə edilmiş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs ilə Zərərçəkmiş şəxs barışmamışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzinati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar