Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-461/2025 16.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1al rayonu Dadaş Bünyadzadə küçəsi ev 8 mənzil ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 04:00 radələrində Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikası istiqamətinə “Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “Daf XF 460 FT YÜK” markalı, 77JG204/99YD204 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kəbininin sağ üst hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 10 qutu “Heets amber selection" markalı siqaret, 20 qutu “Heets gold selection” markalı siqaret, 20 qutu “Heets bronze selection” markalı siqaret, 5 qutu və hər qutuda 2 konvalut və hər konvalutda 14 ədəd “Femibion" markalı dərman vasitəsi, 1 qutu və qutuda 1 konvalut və konvalutda 14 ədəd “Femibion“ markalı dərman vasitəsi, 16 qutu və hər qutuda 5 konvolut və hər konvalutda 10 ədəd “Мендилекс” markalı dərman vasitəsi, 16 qutu və hər qutuda 4 konvalut və hər konvalutda 25 ədəd “Тералиджен” markalı dərman vasitəsi, 1 qutu və qutuda 3 konvalut və konvalutda 25 ədəd “Тералиджен” markalı dərman vasitəsi, 6 qutu və hər qutuda 30 paket "Андрогель" markalı dərman vasitəsi aşkar olunaraq protokol əsasında götürülmüşdür. Azərekspertiza Birliyinin xx.xx.2025-ci il tarixli 063/25-X saylı mütəxəssis rəyinə əsasən 10 qutu “Heets amber selection", 20 qutu “Heets gold selection”, 20 qutu “Heets bronze selection” markalı tütün məmulatlarının 01 sentyabr 2025-ci il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri 350 manat təşkil edir. Faktla bağlı Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 480-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli 01400-09735/25 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz Gömrük İdarəsinə məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilmiş, lakin həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək inzibati xəta haqqında protokolu müdafiə etdiklərini göstərmiş, işə həmin idarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs yuxarıda sadalanan malları Azərbaycan Respublikasının gömrük sərhədində gömrük nəzarətindən gizli keçirməsi təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, həmin şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, 5 qutu və hər qutuda 2 konvalut və hər konvalutda 14 ədəd “Femibion" markalı dərman vasitəsi, 1 qutu və qutuda 1 konvalut və konvalutda 14 ədəd “Femibion“ markalı dərman vasitəsi, 16 qutu və hər qutuda 5 konvolut və hər konvalutda 10 ədəd “Мендилекс” markalı dərman vasitəsi, 16 qutu və hər qutuda 4 konvalut və hər konvalutda 25 ədəd “Тералиджен” markalı dərman vasitəsi, 1 qutu və qutuda 3 konvalut və konvalutda 25 ədəd “Тералиджен” markalı dərman vasitəsi, 6 qutu və hər qutuda 30 paket "Андрогель" markalı dərman vasitəsi və dəyəri 350 manat təşkil edən, 10 qutu “Heets amber selection", 20 qutu “Heets gold selection”, 20 qutu “Heets bronze selection” markalı tütün məmulatları müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-461/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-461/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver