Məhkəmə qərarları › İş №3(029)-462/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-462/2020

14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-462/2020 14.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Laçinov Ramil Elnur oğlunun katibliyi ilə İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1986-cı ildə Quba rayonu, Digah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilməmiş, Quba rayonu Digah kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qusar rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 21:30 radələrində Bakı- Quba-Samur yolunun 190-cı klometrliyində idərə etdiyi “VAZ 2104” markalı **-SN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində qanunsuz olaraq narkotik vasitə-qurudulmuş marixuananı istehlak miqdarında əldə etməklə çəkib istifadə etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin Tədqiqat Bölməsi tərəfindən araşdırma ararılmış, xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Baş DYPİ-nin YPXA-nın ikinci taqımının inspektoru, polis baş serejantı Elşən Müradovun raportu əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN 0651242-707 saylı xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitə olan qurudulmuş marixuana qəbul etmişdir. Həmin gün təxminən saat 20:45 radələrində Bakı-Quba-Samur yolunun 190-cı klometrliyində “VAZ 2104” markalı **-SN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən Baş DYPİnin YPXA-nın əməkdaşları onu saxlamışdır. Daha sonra narkotik vasitə olan qurudulmuş marixuananın istifadə etməsi müəyyən olunmuşdur. Əməlindən peşmandır, nəzərə alınmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində göstərilən inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, 495 saylı sərxoşluq halarının bütün növlərinin təyin məqsədi ilə aparılan tibbi müayinəsi protokoldan görünür ki, Şəxs qanında THC aşkar edildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar