Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-469/2020 02.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx xxxxxx 1990-cı ildə Qusar rayonunda anadan olmuş, Qusar rayonu, Yuxarı Ləyər kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Sumqayıt Şəhər məhkəməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 10:14 radələrində Qusar- Şahdağ yolunun 7-ci km-də nəqliyyat vasitəsinin sahibinin yanında idarə etdiyi “VAZ 21061” minik markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomaşını saxlanılmış və yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi aşkar olmuşdur. Həmin faktla bağlı Qusar rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, inzibati xəta haqqında materiala Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə baxılması üçün aidiyyəti üzrə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, qeyd edilənlərə hüquqi qiymət vərərək hesab edirəm ki, Şəxs həqiqətən xx xxxxxxx 2020 il tarixdə “VAZ 21061” minik markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Həmin hərəkəti ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs həmin inzibati xətanın törətməsi iş materiallarına əlavə olunmuş onun özünün izahatı və Qusar RPŞ DYPB-nin xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,30 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli 03370 seriyalı texniki vasitənin (alkotester) nəticələrini əks etdirən qəbzdən görünür ki, Şəxs inzibati xəta aşkar olunduğu zaman 0.367 faiz dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Xaçmaz RQİTBŞ-ci tərəfindən xx xxxxx 2013-cü il tarixdə verilmiş, xx xxxxx 2023-cü il tarixədək etibarlı olan, AB № 531796 seriya nömrəsi olan sürücülük vəsiqəsindən görünür ki, Şəxs «BC» dərəcəli sürücülük hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəlləsinin 333.1-ci maddəsinə əsasaən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-469/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-469/2020
02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver