Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-47/2024 04.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1971-ci ildə RF, Dağıstan Respublikasında anadan olan, Rusiya Federasiyası vətəndaşı, ailəli, orta təhsilli, Dağıstan Respublikası, Qarabudaqkənd rayonu, Qubden kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Rusiya Federasiyası vətəndaşı Şəxs xx.xx.2024-cü il tarixdə “Samur” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə idarə etdiyi “VOLVO FH 42T B” markalı K349HT67/AH884639 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi daxil olmuşdur. Nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusunun sağ yan tərəfində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdə plastik bidonlarda gömrük nəzarətindən gizlədilmiş ümumi sayı 24 ədəd olan üzərində “BREXİL” yazısı olan 1 kq-lıq paketlərdə bitkiçilikdə istifadə olunan dərman vasitəsi, ümumi sayı 7 ədəd olan üzərində “CROSS ENERGY” yazısı olan 1 kq-lıq paketlərdə bitkiçilikdə istifadə olunan dərman vasitəsi aşkar olunaraq protokol əsasında götürülmüşdür. Faktla bağlı Şəxsnun barəsində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli 01400-01114/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinə məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin həmin şəxslər, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsun və inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2024-cü il tarixli 003/24-X saylı aktından görünür ki, tədqiqata təqdim edilmiş 24 kq-lıq “BREXİL” markalı gübrədən 1 kq-lıq “BREXİL” markalı kübrənin xx.xx.2024-cü il tarixə mövcud olan qiyməti 15.0 manat təşkil edir. 24 kiloqramının qiyməti 360 manat təşkil edir. Tədqiqata təqdim edilmiş 7 kq-lıq “CROSS ENERGY” markalı kübrədən 1 kq-lıq “CROSS ENERGY” markalı kübrənin kübrənin xx.xx.2024-cü il tarixə mövcud olan qiyməti 20.0 manat təşkil edir. 7 kiloqramının qiyməti 140 manat təşkil edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs in barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarının tədqiqinə əsaslanaraq, həmçinin Şəxs əcnəbi olmasını nəzərə alaraq hesab edir ki, cərimə tənbehi tədbiq edildiyi təqdirdə onun icrası mümkün olmayacaq ona görə də, məhkəmə Şəxs inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 360 manat olan, 24 ədəd 1 kq-lıq paketlərdə qablaşdırılmış “BREXİL” markalı bitkiçilikdə istifadə olunan dərman vasitəsi və ümumi dəyəri 140 manat olan, 7 ədəd 1 kq-lıq paketdə qablaşdırılmış “CROSS ENERGY” markalı bitkiçilikdə istifadə olunan dərman vasitəsi müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-47/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-47/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver