Məhkəmə qərarları › İş №3(029)-470/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-470/2020

02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-470/2020 02.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx xxx 1965-ci il tarixdə Qusar rayonu Əcəxur kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş Qusar rayon İcra və Probasiya şöbəsinin inzibati xəta haqqında protokolundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon Polis şöbəsinin Samur Polis Bölməsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli qərara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci madəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. İcra sənədi xx xxx 2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və qanunvericiliyə uyğun olaraq icraata başlanılmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi barədə bildiriş verilməsinə,dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmiş, ondan alınmış izahatında maddi vəziyyətinin çətin olduğunu əsas gətirərək cəriməni ödəyə bilmədiyini qeyd etmişdir. Odur ki, borclu Şəxs barəsində qanuni qərar çıxarması məhkəmədən xahiş edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon İcra və Probasiya şöbəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin Qusar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi və Şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işə inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Qusar rayon Polis şöbəsinin Samur Polis Bölməsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarın sürətindən görünür ki, Qusar rayonu, Əcəxur-oba kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci madəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə ödəməlidir. İş materiallarından görünür ki, Şəxs tələbin könüllü icra edilməsi barədə bildiriş verilməsinə,dəfələrlə xəbərdarlıq edilməsinə, ondan izahat alınmasına baxmayaraq icra sənədini icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar müxtəlif orqan və təşkilatlara sorğular verilmişdir. Verilmiş sorğular nəticəsində borclu Şəxs adına tələbin yönəldilə biləcək bank hesabları və ya əmanətləri, daşınar və daşınmaz əmlakı müəyyən edilməmiş, həmçinin borclunun yaşadığı evə keçirilmiş baxış zamanı tələbin yönəldilə biləcəyi digər əmlak aşkar edilməmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan400 (dörd yüz) manat məbləğində cəriməni 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş, həmin hərəkəti ilə o, Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsi məsələsi müzakirə edilərkən, məsulliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib ona 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiq edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar