Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-471/2020 15.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Laçinov Ramil Elnur oğlunun katibliyi ilə İnzibati xəta törətmiş şəxs Şəxs Canmirzə oğlunun Zərərçəkmiş şəxs X1 iştirakları ilə xx xxxxxx 1977-ci ildə Qusar rayonu, Urva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilməmiş, Qusar rayonu Urva kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Canmirzə oğlu barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Təqdimedilmişinzibatixətahaqqındaprotokoldanvəonaəlavəolunmuşsənədlərdəngör ünürki, Şəxs Canmirzə oğlu xx xxxxxxxx 2020-ci il tarixdə 21 radələrində Qusar rayonu, Yasab kəndi ərazisində “Yasab-Suval” adlanan yerdə X3 məxsus torpaq sahəsindən ümumi qiyməti 72 manat təşkil edən 3 (üç) kisə kartofu talamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin TB-nin tərəfindən araşdırma ararılmış, xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, X4 müraciəti əsasında Şəxs Canmirzə oğlunun əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs Canmirzə oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. QusarRPŞ-ninİTB-nin sahərəisi X7 tərəfindənŞəxs Canmirzə oğlu barəsindəAzərbaycanRespublikasınınİXM-nin 227-cimaddəsiiləxx xxxxxxx 2020-ciiltarixli MN 0651441-695 saylıinzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Canmirzə oğlu izahatında göstərdi ki, Qusar rayon Urva kəndində ailəsi ilə birlikdə yaşayır. Qazanbulaq adlanan yerdə Xanbaba Qayıtmazova məxsus katof sahəsində gözətçi işləmiş və həmdə özünə məxsus traktorla Xanbabaya məxsus torpaq sahəsindən kartof çıxarmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə Xanbabaya məxsus torpaq sahəsindən 3 kisə kartof çıxardaraq həmkədlisi X5 məxsus avtomaşına yükləyərək evinə aparmasını xahiş etmişdir. Yolda Xanbaba həmin avtomaşını saxlatdıtmış və kartofları geri götürmüş və onun barəsində polisə şikayət etmişdir. Xanbaba ona 500 manat əmək haqqı verməli olduğundan və evdə uşaqların ac olduğundan o, bu hərəkəti etmişdir. Əməlindən peşmandır. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahatında göstərdi ki, o, Qusar rayonu Urva kəndinin Qazanbulaq adlana ərazisində 20 hektar torpaq sahəsində kartof məhsulu əkmişdir. Şəxs Canmirzə oğlu onun həmkəndlisidir. O, Şəxs həmin torpaq shəsinə gözətçilik etməsini və istifadəsində olan traktorla əkilmiş kartof sahəsindən kartofların çıxarılmasını xahiş etmişdir. Gündəlik olaraq onun əmək haqqını və yeməyini vermişdir. xx xxxxxxxx 2020-ci il tarixdə sahəsindən kartof oğurlandığı barədə telafonla məlumat aldıqdan sonra həmin sahəyə getmiş və yolda həmkədlisi X2 idarə etdiyi avtomaşını saxlatmış və Şəxs Canmirzə oğlunun oğurladığı kartofları həmin maşından geri götürmüşdür. Onda olan məlumata görə Şəxs Canmirzə oğlu əvvəllər də kartof oğurlanmışdır. O, Şəxs Canmirzə oğlu ilə barışmamışdır, ona ciddi cəza verilməsini xahiş edir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli cinayət işin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X3 məxsus torpaq sahəsindən 120 kiloqram kartof oğurlanmışdır. Hal-hazırda kartof məhsulun 1 kq-nın qiyməti 0.60 qəpik təşkil edir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs Canmirzə oğluhəmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Canmirzə oğlu barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Canmirzə oğlunun şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Canmirzə oğlunun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində ictimai işlər növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onunqanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özün ünvə digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununlada inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesabedirəm. Hesab edirəm ki, tətbiq olunacaq ictimai işlər növündə inzibati tənbeh Şəxs Canmirzə oğlunun islah olunması üçün daha effektli olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 154.1-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Canmirzə olu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227cu maddəsi ilə təqsirli bilinib, barəsində 200 (iki yüz) saat ictimai işlər tətbiq olunsun. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-471/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-471/2020
15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver