Məhkəmə qərarları › İş №3(029)-472/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-472/2020

05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-472/2020 05.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İnzibati xəta törətmiş şəxs X2 iştirakı ilə X2 Qusar RPŞ-nin DYPB-nin xx xxx 2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qusar rayon məhkəməsinin icraatına X2 Qusar RPŞ-nin DYPB-nin xx xxx 2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasına dair şikayət ərizəsi daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 izahatında göstərdi ki, o, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(067)- 473/2019 saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin işə baxılarkən ona məxsus sürücülük vəsiqəsi iş materiallarında olmuşdur. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(067)-473/2019 saylı qərarı xx xxxxxx 2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin vaxtdan 6 ay müddət keçdikdən sonra, yəni xx xxxxxx 2020-ci il tarixdən sonra barəsində tətbiq olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdılması növündə inzibati tənbehin müddəti bitmiş və həmin vaxtdan onun nəqliyyat vasitələrini idarə etmək hüququ bərpa olunmuşdur. Lakin xəstə olması ilə əlaqədar Xaçmaz RQİ və TBŞ-dən sürücülük vəsiqəsini götürə bilməmişdir. xx xxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində o, idarə etdiyi LADA SAMARA markalı H673XK05 dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Bədirqala kəndi ərazisində Qusar-Xudat yolu ilə hərəkət edərkən Qusar RPŞ-nin DYPB-nin əməkdaşı, polis mayor X5 onu saxlamış və onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırıldığını bildirərək barəsində Azərbaycan Respublikasının İXM-nin 332.3-cü maddəsi ilə İXP ******* saylı inzibati protokol tərtib etmişdir. Daha sonra isə həmin protokol əsasında onun 200 manat məbləğində cərimə edilməsi barədə xx xxx 2020-ci il tarixli TP3690172 saylı inzibati qərar qəbul etmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Odur ki, Qusar RPŞ-nin DYPB-nin xx xxx 2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 332.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş Qusar RPŞnin DYPB-in Baş Dövlət Avtomobil Müfəttişi, polis mayoru X5 izahatında göstərmişdir ki, xx xxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərar əsasında X2 barəsində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin DYPBnə göndərilmişdir. Həmin qərar əsasında X3 barəsində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə xx xxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, xx xxx 2020-ci il tarixdə hadisə olan vaxtı X1 hüququnun olmaması müəyyən edilmişdir. Həmin inzibati protokol əsasında X3 barəsində xx xxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar tam qanuni və əsaslıdır. Qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, X2 Qusar RPŞ-nin DYPB-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarından vermiş şikayət ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul X2 izahatı, xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında Qusar RPŞ-nin DYPB-in Baş Dövlət Avtomobil Müfəttişi, polis mayoru X4 dinləyib, Qusar RPŞ-nin DYPB-in yol nəqliyyat hadisəsi əsasında toplanmış materiala, şikayət ərizəsinə və şikayət ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, X2 şikayəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyati üzrə Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, X3 xx xxx 2020-ci il tarixdə məsuliyyətdən azad edilmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasl İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə sorğusu əsasında alınıb iş materiallarına əlavə edilmiş Azərbaycan Respubliksı Daxili İşlər Nazirliyi Baş Dövlət X8 xx xxxxxx 2020-ci il tarixli, 016-297-2710- 1220 saylı məktubundan görünür ki, X3 xx xxxxxx 2019-cu il tarixdə 06 (altı) ay sürücülük hüququndan məhrum edilmiş və xx xxxxxx 2020-ci il tarixdə müddət bitmişdir. Azərbaycan Respublikası İXM-nin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Azərbaycan Respublikasının İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda Azərbaycan Respublikasının İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikasının İXM-nin 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Bələliklə, qeyd edilənlərə hüquqi qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul ediliş X2 şikayət ərizəsi təmin edilməli, Qusar RPŞ-nin DYPB-nin xx xxx 2020-ci il tarixli TP ******* saylı qərarı ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 332.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-136-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X2 şikayət ərizəsi təmin edilsin. Qusar RPŞ-nin DYPB-nin xx xxx 2020-ci il tarixli TP ******* saylı qərar ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 332.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qayd.0ada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar