Məhkəmə qərarları › İş №3(029)-477/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-477/2020

19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-477/2020 19.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ HakimKazımov Rafiq Vəli oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1995-ci ildə Qusar rayonu Qənərçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qusar rayonu Əlix kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxsxx xxxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Qusar RPŞ-nə gəlməkdən imtina etmiş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin Həzrə PB-nin polis sahə rəisi, polis kapitanı Eşqin Tahirov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli MN 0496681/94 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq həmin tarixdə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 08:10 radələrində qonşusu Elşən adlı şəxs tərəfindən o, döyülmüşdür. Bu barədə 102 DİN çağrı mərkəzinə zəng edib məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək Polis Şöbəsinə dəvət etmişlər. Tətqiqatçı Elxan ona Hərzə Polis Bölməsinə kimi öz maşınında gəlməsini bildirmişdir. O da Həzrə Polis Bölməsinə kimi öz maşınına getmişdir. Polisin qanuni tələblərinə tabe olmuşdur. 102 çağrı mərkəzinə zəng etdiyinə görə peşmandır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:50-də inzibati qaydada tutulmuş, xx xxxxxxx 2020-ci il tarixdə saat 17:00-da azad edilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesabedirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzinati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar