Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-479/2025 19.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1, xx.xx.1995-ci ildə İran İslam Respublikası Təbriz şəhərində anadan olmuş, Astara şəhərində yaşayan, İran İslam Respublikasının vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixində saat 08:30 radələrində “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası istiqamətindən ’’Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan İran İslam Respublikası vətəndaşı Şəxs idarə etdiyi ”MAN TGX 18.480” markalı 99AN821/99AN822 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilmişdir. Daha sonra nəqliyyat vasitəsi X-ray qurğusuna yönləndirilmisdir. X-ray qurğusunda şübhəli cizgilər olduğu üçün nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilmişdir. Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinasının üst sol tərəfində yerləşən plastmas örtüyün arxasında gömrük nəzarətindən gizlədilmiş 2 ədəd “Русский Стандарт 0.5 L”, 2 ədəd “ Finskv İce 0.5 İ”, 2 ədəd “Finskv İce 1 İ”, 1 ədəd ” Пять Озерь 1 İ”, 1 ədəd “ Победа 0.5 İ”, 1 ədəd “ Талка 0.5 İ” markalı araqlar aşkar olunaraq protokol əsasında götürülmüşdür. Azərekspertiza Birliyinin xx.xx.2025-ci il tarixli 066/25-X saylı mütəxəssis rəyinə əsasən 2 ədəd “Русский Стандарт 0.5 L”, 2 ədəd “ Finskv İce 0.5 İ”, 2 ədəd “Finskv İce 1 İ”, 1 ədəd ” Пять Озерь 1 İ”, 1 ədəd “ Победа 0.5 İ”, 1 ədəd “ Талка 0.5 Г markalı spirtli içkilərin xx.xx.2025-ci il tarixə orta bazar qiyməti 179,00 (yüz yetmiş doqquz) manat müəyyən edilmişdir. Faktla bağlı Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 480-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli 01400-09778/25 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz Gömrük İdarəsinə məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilmiş, lakin həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, və məhkəməyə ərizə göndərərək inzibati xəta haqqında protokolu müdafiə etdiklərini göstərmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs yuxarıda sadalanan malları Azərbaycan Respublikasının gömrük sərhədində gömrük nəzarətindən gizli keçirməsi təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, həmin şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri 179 manat təşkil edən, 2 ədəd “Русский Стандарт 0.5 L”, 2 ədəd “ Finskv İce 0.5 İ”, 2 ədəd “Finskv İce 1 İ”, 1 ədəd ” Пять Озерь 1 İ”, 1 ədəd “ Победа 0.5 İ”, 1 ədəd “ Талка 0.5 İ” markalı araqlar müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-479/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-479/2025
19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver