Məhkəmə qərarları › İş №3(029)-48/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-48/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-48/2021 29.01.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1984-cü il tarixdə Qusar rayonu, Yuxarı Qələnxur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilmiş, Qusar rayonu, Yuxarı Qələnxur kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 12:15 radələrində Qusar şəhəri Avtovaqzal ərazisində tibbi maskadan istifadə etmədiyi üçün polisin ona tutduğu iraddan nəticə çıxarmayaraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli, MN 0651855/90 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə kənddən Qusar şəhərinə gəlmiş, avtovağzal yaxınlığında avtomaşından düşmüş, siqaret çəkən vaxtı polis əməkdaşları ona yaxınlaşaraq maska taxmadığına görə ona irad tutmuşlar. O, polis əməkdaşlarının heç birini söyməmiş və təhqir etməmişdir. Lakin o, polis şöbəsinə gətirilmiş və orada da polis əməkdaşları ona qarşı nalayiq ifadələr işlətmişlər. Ona görə də, izahat verməkdən imtina etmişdir. Polisə qarşı heç bir qanunsuz hərəkət etmədiyinə görə əməlindən peşman deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə Qusar şəhəri avtovağzal ərazisində xidmətdə olarkən sonradan adını bildiyi Şəxs maskasız olduğuna görə ona irad bildirilmiş, lakin Şəxs buna məhəl qoymamış və onları nalayiq söyüşlərlə söymüşdür. Özünü təqdim etmədiyinə və şəxsiyyət vəsiqəsini təqdim etmədiyinə görə Şəxs izahatı alınması üçün Polis şöbəsinə gətirilmiş, lakin orada da onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və şöbədə olan polis əməkdaşlarının da ünvanına nalayiq söyüşlər söymüşdür. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və şahid X1 ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi onun özünün izahatı, şahid ifadəsi və xx xxxxxx 2021-ci il tarixli, MN 0651855/90 saylı inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlə sübuta yetirilir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan izahatlarla müəyyən olunur ki, həqiqətən də Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 18:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar