Məhkəmə qərarları › İş №3(029)-483/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-483/2020

17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-483/2020 17.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Balaqusar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:30-da idarə etdiyi “Mercedes Benz-E280” markalı **-BR-*** dövlət nömrə nişanlı avtomobillə Bakı-Rostov yolunun Qusar rayonu Ləyər-qışlaq kəndi ərazisindən keçən hissəsində Xaçmaz rayonu istiqamətində hərəkətdə olduğu zaman Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz- 190” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Həmin faktla bağlı Qusar rayon Polis Şöbəsinin İB tərəfindən araşdırma aparılmış və xx.xx.2020-ci il tarixli qərarla yol-nəqliyyat hadisəsi əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1, 327.8 və 328.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli İXP3584624 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq xx.xx.2020-ci il tarixli məktubla baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində onun heç bir təqsiri olmamış, Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz- 190” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa tərəfindən dəymişdir. Bu səbəbdən də, o, həmin vaxt hadisənin qarşısını ala bilməzdi. Buna baxmayaraq, Qusar RPŞ-nin İB tərəfindən düzgün araşdırma aparılmamış və qanunsuz olaraq xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunaraq hadisənin onun təqsiri üzündən baş verdiyi qənaətinə gəlinmişdir. Bu səbəbdən də o, həmin qərardan Qusar rayon prokurorluğuna şikayət vermiş və həmin prokurorluğun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Qusar RPŞ-nin İB-nin xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ləğv edilmişdir. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:30-da idarə etdiyi “Mercedes Benz-E280” markalı **- BR-*** dövlət nömrə nişanlı avtomobillə Bakı-Rostov yolunun Qusar rayonu Ləyər-qışlaq kəndi ərazisindən keçən hissəsində Xaçmaz rayonu istiqamətində hərəkətdə olduğu zaman onun idarə etdiyi “Mercedes Benz-190” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə o, yüngül bədən xəsarəti almışdır. Həmin hadisə məhz Şəxs təqsiri üzündən baş vermişdir. Odur ki, həmin şəxsin barəsində qanuni tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon prokurorluğunun xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, HK-1/183 saylı material üzrə Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Samik Həsənovun xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Qusar RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Qusar RPŞ-nin İBnin müstəntiqi, polis baş leytenantı Samik Həsənovun xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının qanuniliyi və əsaslılığı yoxlanılarkən müəyyən edilmişdir ki, material üzrə araşdırma səthi aparılmış, materialın hərtərəfli, tam və obyektiv araşdırılması üçün səlahiyyətləri daxilində bütün tədbirlər həyata keçirilməmiş, prokurorluq tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında qərarda göstərilən hallar əlavə araşdırma zamanı aradan qaldırılmamış, hadisənin necə baş verməsi tam müəyyən edilməmiş, hadisə yerinin sxemi düzgün tərtib edilməmiş, Şəxs barəsində qanunsuz və əsassız olaraq Azərbaycan Respublikasının İXM-nin 327.1-ci, 327.8 və 328.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul olunmuş, habelə iş üzrə zəruri prosessual hərəkətlər yerinə yetirilməmiş və yuxarıda göstərilən hallar aradan qaldırılmadan material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Göründüyü kimi, Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP3584624 saylı inzibati xəta haqqında protokol Qusar RPŞ-nin İB-nin xx xxxxxxx 2020ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı əsasında, əlavə inzibati araşdırma aparılmadan tərtib olunmuşdur. Lakin, Qusar RPŞ-nin İB-nin həmin qərarı Qusar rayon prokurorluğunun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə ləğv olunmuşdur. Buna səbəb kimi isə material üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaması, hadisə yerinin sxeminin düzgün tərtib olunmaması, prokurorluq tərəfindən qarşıya qoyulmuş hallar üzrə əlavə araşdırma aparılmaması və nəticədə qanunsuz olaraq Şəxs barəsində İXM-nin 327.1, 327.8 və 328.1-ci maddələri ilə inzibati tədbir görülməsinin qərara alınması göstərilmişdir. Belə olan halda, Şəxs həqiqətən də, ona istinad olunan inzibati xətanı törətməsi əsaslı şübhə doğurur, onun həmin hadisənin törədilməsində təqsirli olmasını təsdiq edən sübutlar mötəbər deyildir, həmin şübhələr inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən aradan qaldırılmamış və bu səbəbdən də, həmin şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xeyrinə həll edilməli, həmin şəxs ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar