Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-485/2020 21.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1984-cü ildə Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi təsərüfatla məşğul olan, inzibati məsuliyyətə cəlb edilməmiş, Xaçmaz rayonu, Xudat şhəri, Mərkəzi Malikanə ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs qanunsuz olaraq əldə edib özündə saxladığı 2,406 qram qurudulmuş marixuana, 0,135 qram tiryək və avtomobilində saxladığı 0,031 qram heroin narkotik vasitəsi xx xxxxxxx 2020-ci il tarixdə, saat 00:45-də Qusar RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilmiş, götürülmüş və onun narkotik vasitə qəbul etdiyi müəyyən edilmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin tərəfindən araşdırma aparılmış, xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin polis sahə rəisi, polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN 0651044/745 saylı xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərdi ki, o, Xudat şəhərində 92 yaşlı nənəsi ilə birlikdə yaşayır. Valideynləri yoxdur. Özünə məxsus “Mercedes-Benz” markalı ** HT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 00:15 radələrində Gəndov-Yalam yolunun 48-ci km-də hərəkətdə olarkan Baş DYPİ-nin YPXA-nın əməkdaşları tərəfindən işiq cihazlarının düzgübn işləmədiyi üçün saxlanılmışdır. YPX-nın postuna aparmış və özünü orda şüpəli apardığından və əlində şüpəli büküm saxladığından Qusar RPŞ-nin Növbətçi hissəyə aparılmışdır. Yoxlama zamanı üzərində olan gödəkçənin sağ yan cibindən 3 kağız bükümdə ümumi təmiz çəkisi 2.406 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd sellofan bükümün içəsində təmiz çəkisi 0.135 qram kustr üsulla hazırlanmış narkotik vasitə olan tiryək və idarə etdiyi “Mercedes-Benz” markalı ** HT *** dövlət nömrə nişanlı avtomobilin ön sağ oturacağının örtüyünün arxa cibliyində 1 ədəd kağız bükümdə içərisində ümumi təmiz çəkisi 0.031 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin narkotik vasitələrini Xudat şəhərində yerləşən zavod ərisindəki kubik daşlarının arasından xx xxxxxxx 2020-ci il tarixdə tapmışdır. Üzərində saxlamağda məqsədi istifadə etmək olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə tapdığı narkotik vasitə olan marixuanadan çəkməklə istifadə etmişdir. Əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, 519 saylı sərxoşluq halarının bütün növlərinin təyin məqsədi ilə aparılan tibbi müayinəsi protokoldan görünür ki, Şəxs qanında AHP, MOP, THC aşkar edildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Азярбайжан Республикасынын Инзибати Хяталар Мяжяллясинин77.3-cü maddəsinə əsasənicraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Hesab edirəm ki, Şəxsaşkaredilərəkgötürülmüş Qusar rayon Polis Şöbəsinin Maddi Sübutlar otağında saxlanılan, 3 kağız bükümdə ümumi təmiz çəkisi 2.406 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd sellofan bükümün içəsində təmiz çəkisi 0.135 qram kustr üsulla hazırlanmış narkotik vasitə olan tiryək və idarə etdiyi “Mercedes-Benz” markalı ** HT *** dövlət nömrə nişanlı avtomobilin ön sağ oturacağının örtüyünün arxa cibliyindən götürülmüş 1 ədəd kağız bükümdə içərisində ümumi təmiz çəkisi 0.031 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli ) manat məbləğində cərimə edilsin. Şəxs aşkaredilərəkgötürülmüş Qusar rayon Polis Şöbəsinin Maddi Sübutlar otağında saxlanılan, 3 kağız bükümdə ümumi təmiz çəkisi 2.406 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd sellofan bükümün içəsində təmiz çəkisi 0.135 qram kustr üsulla hazırlanmış narkotik vasitə olan tiryək və idarə etdiyi “Mercedes-Benz” markalı ** HT *** dövlət nömrə nişanlı avtomobilin ön sağ oturacağının örtüyünün arxa cibliyindən götürülmüş 1 ədəd kağız bükümdə içərisində ümumi təmiz çəkisi 0.031 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-485/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-485/2020
21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver