Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-485/2025 21.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Qusar DYPB-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində cərimə olunmağına dair Qusar Rayon Polis Şöbəsinin 08 dekabr 2025-ci il tarixli TP №7696184 saylı qərarını ləğv edilməsini, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında işin icraatına xitam verilməsini, Baş vermiş yol-nəqliyyat hadisəsində təqsirkar olduğu işin hallarından açıq-aydın bəlli olan “Mersedes Sprinter” markalı avtomaşının sürücüsünün törətdiyi yol-nəqliyyat hadisəsinə görə İXM-nin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini Qusar Rayon Polis Şöbəsinin DYP bölməsinə tapşırılmasını xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 13-14 radəıərində o, oğlu X5 məxsus, özünün etibarnamə ilə idarə etdiyi “Ford Edge” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Qusar şəhəri, Heydər Əliyev prospekti ilə, “Edelveys” şadlıq evinin qabağından Çiləgir kəndi istiqamətində hərəkətdə olmuşdur. Yolun həmin hissəsində nəqliyyat vasitələrini ötmə əməliyyatı qadağandır. Belə ki, qarşılıqlı hərəkət zolaqları bütöv düz xətlə bir-birindən ayrılmışdır. Hər hərəkət zolağının eni də təxminən 3 metrə yaxındır. O həmin vaxt nəqliyyat vasitəsini təxminən 20-30 km/saat sürətlə idarə etmiş və yolun sağ qırağına verib saxlamaq istəmişdir. Bu zaman arxadan gələn “Mercedes Sprinter” markalı avtomaşın ona heç bir xəbərdarlıq siqanlı vermədən, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq onun avtomaşını sağ tərəfdən ötməyə çalışmış, lakin buna nail olmayaraq avtomaşınının sağ tərəfini vurmuşdur. YNH zamanı xəsarət alan olmasa da onun avtomaşınına xeyli miqdarda maddi ziyan dəymişdir. Hadisədən dərhal sonra onlar DYP əməkdaşlarına, habelə avtomaşınların sığorta şirkətlərinə məlumat vermişlər. Hadisə yerinə həm Qusar DYPB əməkdaşları, həm də sığorta əməkdaşları gəlib araşdırma aparmışlar. Baş vermiş YNH-nin videogörüntüləri “Edelveys” şadlıq evinin videokameraları tərəfindən qeydə alınmışdır. Hadisə yerinə gələn DYP və sığorta əməkdaşları baş vermiş hadisədə “Mercedes Sprinter” markalı avtomaşını idarə edən sürücünün təqsirli olduğunu bildirmiş və bu halın “Edelveys” şadlıq evinin videkameraları tərəfindən qeydə alındığı videogörüntülərdəndə sübut olunduğunu bildirmişdir. O, öz avtomobilini “Atəşgah” sığorta şirkətində, “Mercedes Sprinter” markalı avtomaşın isə “Paşa Sığorta” şirkətində sığorta etdirmişdir. Hadisə yerinə gələn “ Paşa Sığorta” şirkətinin əməkdaşları onu zərərçəkən olaraq qeydiyyata almış və bu barədə telefon nömrəsinə müvafiq SMS-də göndərmişlər. Baş vermiş YNH hadisəsində “Mercedes Sprinter” markalı avtomaşının sürücüsünün təqsirkar olduğu işin hallarından açıq-aydın bəlli olmasına baxmayaraq, həmin YNH ilə bağlı Qusar rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarına əsasən o qanunsuz olaraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilmiş, onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və “Mercedes Sprinter” markalı avtomaşının sürücüsünün inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. X2 xx.xx.2026-cı il tarixli məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə müdafiə edərək bildirmişdir ki, həmin zaman “Edelveys” şadlıq evinin alt hissəsində olan avtoyuma məntəqəsinə dönmək istəmiş, lakin həmin zaman məntəqə dolu olduğundan yolun sağ kənar hissəsində yerləşən park yerinə dönməyə qərar vermişdir. Hərəkətdə olaraq yolun sol hərəkət hissəsində olduğunu, sağa dönmək istəyərkən arxadan gələn avtomaşını gördüyünü, lakin həm dönmək üçün məsafəsinin olmasını, həm də arxadan gələn maşının Yol Hərəkəti haqqında Azərbaycan Respublikası qanunun 51-ci maddəsinə əsasən onu gözləmək məcburiyyətindədir. Göstərilənlərin nəzərə alınaraq şikayət ərizəsinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN Qusar RPŞ-nin DYPB-nin nümayəndəsi X8 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında qəbul edilmiş qərarı müdafiə edərək bildirmişdir ki, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Belə ki, “Ford Edge” markalı avtomaşının sürücüsü ilkin olaraq hərəkətdə olarkən öz izahatında da bildirdiyi kimi “Edelveys” şadlıq evinin alt hissəsində yerləşən avtoyuma məntəqəsinə daxil olmaq istəmiş və buna görə də hərəkətdə olduğu yolun sol hissəsi ilə hərəkət etmişdir. Lakin sonradan məntəqənin dolu olduğunu gördükdən sonra yolun sağ kənar hissəsində yerləşən parklanma yerinə dönmüşdür. Lakin dönərkən Yol Hərəkəti haqqında Azərbaycan Respublikası qanunun 42ci maddəsinin İ, İİ və Vİİ hissələrinin tələblərini pozmuşdur. Göstərilənlərin nəzərə alınaraq şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasına Azərbaycan Respublikası DİN Qusar RPŞnin DYPB-nin nümayəndəsi müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasnda iştirak etməmiş və bu barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.2-ci maddəsinə əsasən məhkəmə iclasının Azərbaycan Respublikası DİN Qusar RPŞ-nin DYPB-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını, məhkəmə iclasında verilən izahatları və iş materiallarına əlavə edilmiş CD diski tədqiq edərək hesab edir ki, şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Qusar RPŞ-nin DYPB-si tərəfindən təqdim edilmiş CD diskə keçirilmiş baxış zamanı məlumat olmuşdur ki, X4 “Ford Edge” markalı avtomaşını idarə edərkən yolun hərəkət hissəsinin sol hissəsində olmuş, sonradan sağ kənarda yerləşən parklanma ərazisinə daxil olmaq məqsədi ilə arxadan gələn nəqliyyat vasitəsini gözləmədən, təhlükəsiz şəraiti yaratmadan dönməni həyata keçirmiş və nəticədə arxadan gələn “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsinin yoluna çıxmışdır. Məhkəmə şikayətçinin izahatında bildirdiyi xüsusatlara Yol Hərəkəti haqqında Azərbaycan Respublikası qanununun 51-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, arxadan gələn “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi ötmə hərəkətini həyata keçirməmiş, o yalnız öz hərəkət istiqamətində hərəkətdə olmuş, qarşısında olan “Ford Edge” markalı nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin sol kənarında olmasını nəzərə alaraq yolun hərəkət hissəsinin özünə məxsus hissəsində hərəkət etmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, şikayətçi hadisə zamanı yolun hərəkət hissəsinin sağ kənarında yerləşən parklanma ərazisində dönmən həyata keçirməmişdən öncə arxadan hər hansı nəqliyyat vasitəsinin gəlib-gəlməməsini yoxlamalı, təhlükəsiz şəraitin yarandığına tam əmin olmalı, hər hansı nəqliyyat vasitəsinin olduğunu gördükdə isə həmin nəqliyyat vasitəsinin üstünlük hüququnu tanımalı, yəni həmin nəqliyyat vasitəsinə öz hərəkətini davam etdirməsinə icazə verməli və bütün bunlar təmin edildikdən sonra dönmə hərəkətini həyata keçirməli idi. Hazırki iş üzrə məhkəmə iclasında verilmiş izahatları və məhkəmə təqdim edilmiş CD diskdə olan görüntüləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının “Yol Hərəkəti haqqında” qanunu: M a d d ə 4 2 . Hərəkətə başlama, manevr etmə İ. Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İİ. Yana uzadılmış sol qol, yaxud yana uzadılaraq düzbucaq şəkildə dirsəkdən yuxarı bükülmüş sağ qol sola (geriyə) dönmə siqnalına uyğundur. Yana uzadılmış sağ qol, yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı bükülmüş sol qol sağa dönmə siqnalına uyğundur. Yuxarı qaldırılmış sol və ya sağ qol tormozlama siqnalına uyğundur. İİİ. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. V. Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Vİİ. Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. İ. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: 1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 2)eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. Azərbaycan Respublikası İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, X3 barəsində olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X3 barəsində olan Azərbaycan Respublikası DİN Qusar DYPB-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-485/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-485/2025
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver