Məhkəmə qərarları › İş №3(029)-486/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-486/2020

03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-486/2020 03.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx xxxx 1960-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-сi maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 05:30 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF” markalı, **-EJ-***/**-ZA- *** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin kabinasında əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdə olan örtüyün altındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş hər qutuda 2 ml-lik şpris olmaqla, ümumilikdə 9 qutu “Hyaderm Ultradeep” markalı maye halda olan dolğular, kabinanın salonunda yataq yerinin üstündə olan sənədlər qoymaq üçün nəzərdə tutulmuş çantanın içərisindən isə gömrük nəzarətinə bəyan olunmayan 240 ədəd “2 cc” ölçülü (həcmli), üzərində “LİGHT FİT” yazısı olan flakonlar aşkar olunaraq götürülmüş və Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin Təhqiqat Bölməsinə təhvil verilmişdir. Həmin faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X1 tərəfindən inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 480 və 482.1-ci maddəsi ilə № 01400- 1405/20 saylı, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 9/4296 nömrəli ekspert rəyinə əsasən, tədqiqata təqdim olunmuş 2 adda kosmetoloji vasitələrin istifadəyə yararlı olduğu və ümumilikdə orta bazar qiymətinin təxminən 6840,00 (altı min səkkiz yüz qırx) manat müəyyən edildiyi qeyd olunmuşdur. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi ilə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsinin tətbiq edilməsini məqsədəuyğun hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə təqsirli bilinib İXM-nin 34.3-cü maddəsinə əsasən ondan götürülmüş, Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin Təhqiqat Bölməsinə təhvil verilmiç, ümumilikdə orta bazar qiymətinin təxminən 6840,00 (altı min səkkiz yüz qırx) manat təşkil edən nəqliyyat vasitəsinin kabinasında əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdə olan örtüyün altındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş hər qutuda 2 ml-lik şpris olmaqla, ümumilikdə 9 qutu “Hyaderm Ultradeep” markalı maye halda olan dolğular, kabinanın salonunda yataq yerinin üstündə olan sənədlər qoymaq üçün nəzərdə tutulmuşçantanın içərisindən isə gömrük nəzarətinə bəyan olunmayan 240 ədəd “2 cc” ölçülü (həcmli), üzərində “LİGHT FİT” yazısı olan flakonlar müsadirə edilsin. Qərarın surətini təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar