Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-486/2025 17.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1998-ci ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Qusar rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:30-da Qusar şəhəri Elza İbrahimova küçəsində idarə etdiyi BMW 318 MİNİK markalı 10ZR886 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq hərəkətləri etmişdir. Həmin faktla bağlı Qusar rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokol üzrə özünü təqsirli bilmişdir. Həmin gün qar yağdığını, avtomobili yumaq üçün Qusar şəhəri Elza İbrahimova küçəsində yerləşən avtoyuma məntəqəsinə gəldiyini, orada yer olmadığından oradan başqa avtoyuma məntəqəsinə getmək istədiyini, avtoyuma məntəqəsinin qabağı buz olduğundan avtomobilin arxa hissəsi sürüşdüyünü, qaz verib öz yoluna qayıtdığını, həmin vaxt avtomobilin təkərlərindən səs çıxdığını bildirmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş videogörüntülərin əks olunduğu CD diskə baxış keçirilərkən müəyyən olunur ki, BMW 318 MİNİK markalı 10ZR886 dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydalarını pozmuşdur. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tam şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsi, yəni təhlükəli manevrlər edərək və yol hərəkəti qaydalarını davamlı olaraq pozaraq avtoxuliqanlıq hərəkətlərini törətməsi sübuta yetirilmişdir, onun əməli İXM-nin 511.1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən onun törətdiyi inzibati xətaya görə sürücülük hüququ məhdudlaşdırılmaqla, həbs tənbehi tədbiq edilməlidir. Məhkəmə Şəxsna cərimə növündə inzibati tənbehin tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, cərimə inzibati tənbehi tətbiq olunacağı təqdirdə cəmiyyətdə bu qəbildən inzibati xətaların artımı müşahidə oluna bilər. Həmçinin cərimə inzibati tənbehi digər şəxslərin bu kimi inzibati xətaları törətməsində “stimul” rolunu oynaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 17 dekabr 2025-ci il tarixdən saat 18:17-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-486/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-486/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver