Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-491/2020 11.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2020-ci il tarixdə, saat 02:35 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “MAN” markalı 99 TP597/50ZA597 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, yük nəqliyyat vasitəsinin kabinasında cihazlar panelinin alt hissəsində olan boşluqdan gömrük nəzarətindən gizlədilmiş, kabinada sol tərəfdə sürücü oturacağının üst hissəsində olan çəkməcədən və yük nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində olan əşyalar qoymaq üçün nəzərdə tutulmuş sandıqdan isə gömrük nəzarətinə bəyan olunmayan 40 qutu (4 blok) “X1” markalı siqaretlər, 4 qutu (20 ədədli) “The Bristol” markalı papiroslar, 2 qutu (20 ampula) “Алфлутон 1 мл” və 6 konvolyut (90 həb) “Плаквенил 200 мг” adlı dərman preparatları, 10 ədəd “Twinkle” markalı kirpik uzatmaq üçün kirpiklər dəsti, 100 ədəd 10 qramlıq “Пульпосептин” adlı stomatoloji məcun, 190 ədəd “Пульпосептин” adlı stomatoloji məcun üçün boş qutular, 20 ədəd “Владмива” markalı tel-pudra dəsti, hər birində 120 ədəd olmaqla 58 ədəd sellofan paketdə “Форма” markalı daxili kanal üçün sancaqlar, 9 qutu 18 ədədli “Матрицы” markalı metal qıfıllar (keçirmələr), hər qutuda 500 ədəd olmaqla 28 qutu “Cotton Broaches” markalı tibbi müalicə üçün kök iynələri, 3 ədəd “GC Fuji” markalı stomatoloji sement və 248 konvolyut (2480 ədəd) “Владмива” markalı stomatoloji yonma başlıqları aşkar olunaraq götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 7/632 saylı və xx.xx.2020-ci il tarixli 6/1918-9/3624 saylı ekspert rəylərinə əsasən tədqiqata təqdim olunmuş, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 40 qutu (4 blok) “X1” markalı və 4 qutu (20 ədədli) “The Bristol” markalı tütün məmulatları (siqaretlər) istifadəyə yararlıdır, dərman vasitələri dərman formalarına və kimyəvi tərkiblərinə görə adlarına uyğundur, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahısı” və ya “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısı”na daxil deyildirlər və dərman preparatlarının qablaşmasının üzərindəki tarix göstəricilərinə görə yararlılıq müddəti keçməmişdir. Həmçinin ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda dərman preparatlarının, stomatoloji ləvazimatların və tütün məmulatlarının (siqaretlərin) ümumilikdə xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 12567,00 (on iki min beş yüz altmış yeddi) manat müəyyən edilir. Faktla bağlı Dövlət Gömrük Komitəsinin ŞimalƏraziBaş Gömrük İdarəsi tərəfindən Şəxsbarəsində Azərbaycan Respublikasının İXM-nin 480 və 482.1-ci maddələri ilə 27oktyabr 2020-ci il tarixli 01400-1306/20 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin ŞimalƏraziBaşGömrükİdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 7/632 saylı və xx.xx.2020-ci il tarixli 6/1918-9/3624 saylı ekspert rəylərindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 40 qutu (4 blok) “X1” markalı və 4 qutu (20 ədədli) “The Bristol” markalı tütün məmulatları (siqaretlər) istifadəyə yararlıdır, dərman vasitələri dərman formalarına və kimyəvi tərkiblərinə görə adlarına uyğundur, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahısı” və ya “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısı”na daxil deyildirlər və dərman preparatlarının qablaşmasının üzərindəki tarix göstəricilərinə görə yararlılıq müddəti keçməmişdir. Həmçinin ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda dərman preparatlarının, stomatoloji ləvazimatların və tütün məmulatlarının (siqaretlərin) ümumilikdə xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 12567,00 (on iki min beş yüz altmış yeddi) manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 7/632 saylı və xx.xx.2020-ci il tarixli 6/1918-9/3624 saylı rəylərinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatların cəmi dəyəri 220 (iki yüz iyirmi) manat təşkil edir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli və onun barəsində həmin maddələrin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs tərəfindən törədilmiş hər iki inzibati xətanın sanksiyası ağırlıq dərəcəsinə görə eynidir və bu səbəbdən də hesab edirəm ki, onun barəsində hər iki maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXM-nin 480 və 482.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 220 (iki yüz iyirmi) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə təqsirli bilinib, inzibati xətaların bilavasitə obyekti olan, cəmi dəyəri 12567,00 (on iki min beş yüz altmış yeddi) manat təşkil edən 40 qutu (4 blok) “X1” markalı siqaretlər, 4 qutu (20 ədədli) “The Bristol” markalı papiroslar, 2 qutu (20 ampula) “Алфлутон 1 мл” və 6 konvolyut (90 həb) “Плаквенил 200 мг” adlı dərman preparatları, 10 ədəd “Twinkle” markalı kirpik uzatmaq üçün kirpiklər dəsti, 100 ədəd 10 qramlıq “Пульпосептин” adlı stomatoloji məcun, 190 ədəd “Пульпосептин” adlı stomatoloji məcun üçün boş qutular, 20 ədəd “Владмива” markalı tel-pudra dəsti, hər birində 120 ədəd olmaqla 58 ədəd sellofan paketdə “Форма” markalı daxili kanal üçün sancaqlar, 9 qutu 18 ədədli “Матрицы” markalı metal qıfıllar (keçirmələr), hər qutuda 500 ədəd olmaqla 28 qutu “Cotton Broaches” markalı tibbi müalicə üçün kök iynələri, 3 ədəd “GC Fuji” markalı stomatoloji sement və 248 konvolyut (2480 ədəd) “Владмива” markalı stomatoloji yonma başlıqları müsadirə edilsin. İş üzrə 220 (iki yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-491/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-491/2020
11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver