Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-492/2020 28.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1972-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, inzibati məsuliyyətə cəlb edilməmiş, məhkum olunmuş, Qusar rayonun Gedəzeyxur kəndində qeydiyyatda olan və ünvan 1 mənzil 12 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 05 radələrində ünvan 2 mənzil 12 ünvanında vintaçanla keçmiş arvadı Nazilə Babayevanı hədələmiş, hadisə yerinə gələn polis əməkdaşlarına tabesizlik göstərmiş, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin 2020-ci il tarixdə Nazilə Babayeva yuxarıda göstərilən ünvanda evdə təmizlik işləri apararkən Şəxs məxsus 0,262 qram narkotik vasitə olan qurudulmuş marixuananı evdə xalçanın altından tapmışdır. Narkotik vasitə Qusar RPŞ-də sübutların saxlanması otağında saxlanılır. Həmin faktla bağlı Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Samik Həsənovun xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirməsi haqqında qərarı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 206, 232.1 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin faktlarla bağlı Qusar RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələri ilə xx xxxxxxx 2020-ci il tarixli, MN 0651049-766 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ünvan 2 mənzil 12 ünvanında boşanmış arvadı Nazilə Babayeva ilə birlikdə yaşayır. Narkotik vasitə qəbul edir. Sonuncu dəfə iki ay əvvəl narkotik vasitə qəbul etmişdir. Narkotik vasitəni Nazilə Babayevanın mərhum qardaşı Nürəddin ona verirdi. Evində tapılmış narkotik vasitədən xəbəri yoxdur. xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində evdə sərxoş vəziyyətdə olarkən Nazilə Babayeva onunla mübahisə etmiş və barədə polisə məlumat vermişdir. Polis əməkdaşları onların yaşadığı evə gələndə onun əlində olan vintaçanı şkafın siyirməsinə qoymuşdur. O, heç kimi hədələməmiş, müqavimət göstərməmişdir. O, polislərin qanuni tələblərinə tabe olmuşdur. Arvadı ilə mübahisə etdiyinə görə əməlindən peşmandır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 7/549 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Şəxsn məxsus olduğunu..” sözləri yazılmış zərfdə bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 0,262 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli 538 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs THC aşkar edilmişdir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanın törətməsi məhkəmə iclasında vermiş olduğu özünün izahatı, iş materiallarında olan izahatlarla, xx xxxxxxx 2020-ci il tarixli, MN 0651049-766 saylı inzibati xəta haqında protokol və protokola əlavə edilmiş sənədlərlə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı evdə saxlamış, həmçinin polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməklə ayrılıqda hər maddə ilə barəsində inzibati tenbəh tətbiq edilməli və aşağdakı əsaslara görə onun barəsində yekun olaraq həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzinati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasənicraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Hesab edirəm ki, Şəxs məxsus yaşadığı evdən aşkar edilərək götürülmüş Qusar rayon Polis Şöbəsinin Maddi Sübutlar otağında saxlanılan, 1sellofan bükümdə ümumi təmiz çəkisi 0.262 qram olan narkotik vasitə olan qurudulmuş marixuanaməhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati həbs, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən saat 17:15-dən hesablansın. Şəxs məxsus yaşadığı evindən aşkar edilərək götürülmüş Qusar rayon Polis Şöbəsinin Maddi Sübutlar otağında saxlanılan, 1 sellofan bükümdə ümumi təmiz çəkisi 0.262 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-492/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-492/2020
28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver