Məhkəmə qərarları › İş №3(029)-494/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-494/2020

20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-494/2020 20.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx xxxxxx 1977-ci il tarixdə Qusar rayonunda anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan X2 barəsində Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş Qusar rayon İcra və Probasiya şöbəsinin inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon Polis şöbəsi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci madəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. İcra sənədi xx xxxx 2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanunvericiliyə uyğun olaraq icraata başlanılmışdır. X1 tələbin könüllü icra edilməsi barədə bildiriş verilməsinə,dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmiş, ondan alınmış izahatında maddi vəziyyətinin çətin olduğunu əsas gətirərək cəriməni ödəyə bilmədiyini qeyd etmişdir. Odur ki, borclu X4 barəsində qanuni qərar çıxarmasını məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon İcra və Probasiya şöbəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin Qusar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi və X4 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işə inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Qusar rayon Polis şöbəsi tərəfindən verilmiş xx xxxxx 2020ci il tarixli MN ******* nömrəli qərarının sürətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci madəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə ödəməlidir. İş materiallarından görünür ki, X3 tələbin könüllü icra edilməsi barədə bildiriş verilməsinə,dəfələrlə xəbərdarlıq edilməsinə, ondan izahat alınmasına baxmayaraq icra sənədini icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar müxtəlif orqan və təşkilatlara sorğular verilmişdir. Verilmiş sorğular nəticəsində borclu X2 adına tələbin yönəldilə biləcək bank hesabları və ya əmanətləri, daşınar və daşınmaz əmlakı müəyyən edilməmiş, həmçinin borclunun yaşadığı evə keçirilmiş baxış zamanı tələbin yönəldilə biləcəyi digər əmlak aşkar edilməmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, X4 heç bir üzürlü səbəb olmadan100 (bir yüz) manat məbləğində cəriməni 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş, həmin hərəkəti ilə o, Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 barəsində inzibati tənbeh tədbiq edilməsi məsələsi müzakirə edilərkən, məsulliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib ona 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiq edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar