Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-496/2025 29.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1985-ci ildə Sabirabad rayonu Zəngənə kəndinda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Sabirabad rayonu Zəngənə kəndi, qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00-da Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respbulikası vətəndaşı Şəxs idarə etdiyi “DAF TE95XF” markalı, 10ZG909/99GD454 dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasının sol yan hissəsində əşyalar qoyma üçün nəzərdə tutulmuş yerdən ağ salafan paketin içərisində gömrük nəzarətindən gizlədilmiş 7 ədəd üzərində “Essential Vitamis D3 Max 48ml”, nəqliyyat vasitəsinin kabinasının sağ yan hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən qara salafan paketin içərisində gömrük nəzarətindən gizlədilmiş 10 ədəd “Essential Vitamin D3 Max 48 ml” və nəqliyyat vasitəsinin kabinasının sol oturacağın arxa hissəsindəki yataq yerinin yanındaki əşyalar qoymaq üçün nəzərdə tutulmuş bölgənin içərisində gömrük nəzarətindən gizlədilmiş 38 ədəd “Essential Vitamis D3 Max 48ml” qida əlavələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilmişdir. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə 16 dekabr 2025-ci il tarixli 01400-10518/25 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 64.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 070/25-X nömrəli ekspert rəyindən görünür ki, ekpertizaya təqdim edilmiş 55 ədəd “Essential Vitamis D3 Max 48ml”,qida əlavəsinin xx.xx.2025-cü il tarixə orta bazar qiyməti təxminən 1760 (min yeddi yüz altmış) manat təşkil edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti 55 ədəd “Essential Vitamis D3 Max 48ml”,qida əlavəsinin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarının tədqiqinə əsaslanaraq, həmçinin Şəxs barəsində cərimə tənbehinin tədbiq edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş materiallarından görünür ki, iş üzrə xx.xx.2025-ci il tarixli 070/25-X nömrəli ekspertiziya xərci 70 manatdır . Həmin məbləğ dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 1760 (min yeddi yüz altmış) manat dəyərində 55 ədəd “Essential Vitamis D3 Max 48ml”,qida əlavələri müsadirə edilsin. İş üzrə xx.xx.2025-ci il tarixli 070/25-X nömrəli ekspertiziya xərci 70 manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-496/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-496/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver