Məhkəmə qərarları › İş №3(029)-497/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-497/2022

19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-497/2022 19.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Xaçmaz rayonu Armudpadar kəndində yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Qusar rayonu Minəxur kəndində yerləşən evinə çıxarış və lahiyə hazırlamaq adı ilə ümumilikdə 650 manat pulu mənimsəyərək qaytarmamış və xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 Piral oğluna məxsus evinə çıxarış çıxarmaq adı ilə ümumilikdə 675 manat pulu mənimsəməklə pulu qaytarmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış, xx.xx.2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs2 Piral oğlunun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin İTB-nin sahə rəisi Şəhriyar Əlizadə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN 1371596/626 saylı və xx.xx.2022-ci il tarixli MN 1371597/625 saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün xx.xx.2022-ci il tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, hal-hazırda pulu qaytarmaq iqtidarında deyildir. Maddi imkanı olanda maddi ziyanı qaytaracaqdır. Hazırda əməlinə görə peşmandır. Odur ki, barəsində qanuni qərar çıxarmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ona məxsus evinə çıxarış çıxarmaq adı ilə ümumilikdə 675 manat pulu mənimsəməklə pulu qaytarmamışdır. Həmin pulu hal hazıradək qaytarmamışdır. Hazırda şikayətçidir. 775 manat pul tələb edir. Şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ona məxsus Qusar rayonu Minəxur kəndində yerləşən evinə çıxarış və lahiyə hazırlamaq adı ilə ümumilikdə 650 manat pulu mənimsəyərək qaytarmamışdır. Həmin pulu hal hazıradək qaytarmamışdır. Hazırda şikayətçidir. 700 manat pulu tələb edir. Şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq ictimai işlər tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə məqsədə müvafiq hesab etmir. Məhkəmə hesab edir ki, tətbiq olunacaq ictimai işlər növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 180 (yüz səksən) saat ictimai işlər tətbiq olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar