Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-499/2022 19.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, xx.xx.2000-ci ildə ünvan 1 ünvanda yaşayan, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs sürücülük vəsiqəsi olmadan xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində özünə məxsus olan “VAZ 2107”markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobili Qusar-Xudat yolunun 6-cı km-də idarə edərkən idarəetməni itirmiş və ağacla toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri yetirmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin TB-də araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla həmin xüsusat üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında göstərmişdir ki, o, sürücülük vəsiqəsi olmadan xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində özünə məxsus olan “VAZ 2107”markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobili Qusar-Xudat yolunun 6-cı km-də idarə edərkən idarəetməni itirmiş və ağacla toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri yetirmişdir. Həmçinin, törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxsə dəymiş zərəri ödədiyini göstərərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək şəxsi işləri ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və ona görə də, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1046 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası və xəstəlik tarixindəki məlumatlar əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər- döş qəfəsinin sol tərəfində V qabırğanının natamam yerini dəyişməyən sınığı küt əşyanın təsirindən törətməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsi məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimənin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə məqsədə müvafiq hesab etmir. Belə ki, Şəxs inzibati xətanı ilk dəfə törədir. Zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə hesab edir ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Zərər çəkmiş şəxs X1, ona dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarda cərimə edilsın. Zərər çəkmiş şəxs X1 izah edilsin ki, ona dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edə bilər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-499/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-499/2022
19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver