Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-5/2024 18.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-сü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən **********6092 nömrəli xx.xx.2023-cü il tarixli,**********7072 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 5529,21 ABŞ dolları (9399,65 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Belə ki, Şəxs MMC-nin hüquqi ünvanına xəbərnamə əsasında göndərilmiş xx.xx.2023-cü il tarixsdə,3-33-1700/2-004541/2023 saylı “İxrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablara köçürülməməsi barədə” bildiriş göndərilsə də, Şəxs MMC tərəfindən xarici valyuta vəsaitlərinin müvəkkil bankda olan hesablara tam qaydada köçürülməsi istiqamətində müvafiq tədbirlər görülməmişdir. Eyni zamanda Şəxs MMC-nin hüquqi nümayəndəsi xx.xx.2023-cü il tarixli,3-33-1700/2- 005270/2023 nömrəli məktub ilə idarəyə dəvət edilmişdir.Buna baxmayaraq nümayəndənin iştirakı Şəxs MMC tərəfindən təmin edilməmişdir. Həmin faktla bağlı Xaçmaz Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə №01400-09998/23 saylı, xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokolda göstərilənləri qəbul etmir. Belə ki, **********6092 nömrəli xx.xx.2023-cü il tarixli,**********7072 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 5529,21 ABŞ dolları (9399,65 manat) xarab və əskik mallar üzrə hesablanmışdır. Həmin bəyannamələr üzrə daşınan yüklər onların gömrük postlarını və Rusiya Federasiyasının gömrük postlarından çıxmış, alıcının ünvanında həmin mallara alıcı tərəfindən baxış keçirilən zaman 82 kq yükün əskik olması və 556 kq malın xarab olması məlum olmuşdur. Buna görə də həmin protokol üzrə qaytarılmalı olan 5529,21 ABŞ dolları (9399,65 manat) qəbul etmirlər. Gömrük orqanına onların şirkəti tərəfindən göndərilən malların kəsr olması barədə məlumat verməmişlər. Göndərilən malın əskik olması məhkəmə təqdim etmiş olduğu Rusiyanın Arviay şirkəti və "xxxx" MMC-nin imzası ilə təsdiq olunur. "xxxx" MMC tərəfindən göndərilən malların xarab və əskik olması ilə bağlı maraqlı olmayan tərəfin (ekspertin, mütəxəssisin yaxud dövlət orqanının nümayəndəsinin) aktı yoxdur. "xxxx" MMC tərəfindən göndərilən malların xarab və əskik olması ilə bağlı akt və ya rəy verilməsi üçün heç bir səlahiyyətli dövlət orqanına, ekspert yaxud mütəxəssisə müraciət etməmişlər. Malların xarab və əskik olması ilə həmin vaxtı əks etdirən foto və ya video çəkiliş yoxdur. Məhkəməyə təqdim edilmiş fotonun həmin mallara aid olmasını sübut edə bilmir. Məhkəmə,nümayəndənin izahatını özünü müdafiə xarakterli hesab edir.Belə ki,xarab olmuş və ya əskik göndərilmiş malların yararsız olmasına dair maraqlı olmayan (dövlət orqanı,müstəqil ekspert,mütəxəssis) tərəfindən tərtib olunmuş akt yoxdur.Belə olan halda məhkəmə hesab edir ki, nümayəndənin izahatında bildirdiyi kimi, məhsulun xarab və ya yararsız, əskik olmasını sübuta yetirməmişdir. Xaçmaz Gömrük İdarəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə yazılı şəkildə məktub göndərərək bildirmişdir ki, 3(029)-5/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Eyni zamanda Şəxs barəsində tərtib olunan 01400-09998/22 saylı 21 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişlər ki, 18 yanvar 2024-cü il tarixdə gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilən zaman **********6092 nömrəli xx.xx.2023-cü il tarixli, **********7072 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 5529,21 ABŞ dolları (9399,65 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülməsinin təmin edilmədiyi müəyyən edilmişdir. Həmçinin **********6092 nömrəli xx.xx.2023-cü il tarixli, **********7072 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 5529,21 ABŞ dolları (9399,65 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülməməsi ilə əlaqədar Şəxs tərəfindən nə malların ixrac olunduğu vaxtdan 180 gün ərzində, nə də MMC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı gömrük orqanına məlumat və müvafiq sənədlər təqdim edilməmişdir. Belə ki, beynəlxalq təcrübədə bir president kimi formalaşmış qayda vardır ki, məhsul xarab və ya yararsız olduqda idxal və ixrac edən şəxslərin nümayəndələri ilə birlikdə həmin fakt üzrə maraqlı olmayan tərəf (dövlət orqanı, müstəqil ekspert, mütəxəssis və ya arbitr) müvafiq aktın tərtib olunmasında iştirak edir, həmçinin aidiyyəti laborator analizlər ilə əlaqədar sənədlər və xarab olmuş məhsullara aid foto və video çəkilişlər akta qoşma edilir eyni zamanda xarab olan mallar ilə əlaqədar məhvetmə müvafiq gömrük prosedurunda rəsmiləşdirilir. Beynəlxalq hüquq normalarına əsaslanaq hazırlanan Azərbaycan Respublikasında gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 sentyabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmişdir. Əks təqdirdə, ixrac olunan malların xarab olması halında ixracatçı və idxalatçı şəxslər arasında tərtib edilmiş müvafiq sənədlər (akt, pretenziya, kredit nota) maraqlı tərəflər arasında bağlandığından həmin sənədlər əhəmiyyətsiz əqd kimi qəbul edilməli və sübut kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu sahədə formalaşmış təcrübədən görünür ki, xarici ölkədə malların xarab olması halında malın sahibi xarab olmuş məhsula müvafiq xarici dövlətin gömrük orqanının nümayəndəsinin iştirakı ilə baxış keçirilməsini və bu barədə akt tərtib edilməsini təmin etmək vəzifəsi daşıyır. Yalnız belə hallarda tərtib edilmiş akt mənbəyinə, inandırıcılığına görə Azərbaycan Respublikası İXM-nin 75 və 76-cı maddələrinə əsasən mötəbər sübut kimi qəbul oluna və nəzərə alına bilər. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. “Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, şəxslər tərəfindən konsiqnasiya yolu ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarf’nın 12.2-ci yarımbəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Mövcud vəziyyətdə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, Şəxs tərəfindən **********6092 nömrəli xx.xx.2023-cü il tarixli, **********7072 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri əsasında ixrac olunan mallara dair gömrük orqanlarında bəyan edilmiş invoys məbləğini tam qaydada qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməsini təmin etməli olması ilə bağlı öhdəliyinin olması bir daha öz təsdiqini tapmış olur. Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hüquqi şəxs Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi, xx.xx.2023-cü il tarixli, № №01400-09998/23 saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə, Xaçmaz Gömrük İdarəsi tərəfindən məhkəməyə göndərilmiş məktubla sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-сü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizi (otuz) yəni 1 658,76 (min altı yüz əlli səkkiz dollar, yetmiş altı sent) ABŞ dolları, 2 819,89 (iki min səkkiz yüz on doqquz manat, səksən doqquz qəpik) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-5/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-5/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver