Məhkəmə qərarları › İş №3(029)-50/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-50/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-50/2024 28.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qızının, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1991-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu,Gedəzeyxur kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Şəxs qızının barəsində Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs qızı xx.xx.2024-cü il tarixdə saat 01:00-da etibarnamə ilə idarə etdiyi “VOLKSWAGEN PASSAT” markalı, **-VZ-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə,Qusar şəhəri, A.Xanmətov küçəsi ilə Ə.Səfixanlı küçəsinin kəsişməsində idarə edərkən əsas yolda hərəkətdə olarkən “RENAULT MEGAN” markalı **- GN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə toqquşmuşdur.Hadisə nəticəsində ünvan 2 ünvanında qeydiyyatda olan X3 yüngül bədən xəsarəti və maddi ziyan vurmuşdur. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs qızının barəsində Azərbaycan Respublikasının İXM-nin 333.3-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün xx.xx.2024-cü il tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı məhkəməyə ərizə ilə müraciət edərək inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, həmin xətanı törətməkdə özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verdiyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında bildirmişdir ki, Şəxs hadisə nəticəsində ona yüngül bədən xəsarəti və maşınına 15500 manat dəyərində maddi ziyan vurmuşdur.Hadisə vaxtı Şəxs avtomobili yüksək sürətlə idarə edirdi.O, isə avtomobili təxmini 60-70 km/saat sürətlə sürürdü.Ona dəymiş 15500 manat maddi ziyandan 6000 manat ödənilməsini tələb edir. İş materiallarında olan Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair SMETA (haqqı hesab) xx.xx.2024-cü il tarixli akta əsasən,zərərçəkmiş şəxs X3 məxsus “RENAULT MEGANE” minik markalı avtomaşına dəymiş maddi ziyan 15500 (on beş min beş yüz ) manat civarındadır. İş materiallarında olan Qusar RPŞ-nin TB-nin təhqiqatçısı,polis kapitanı X1 xx.xx.2024-cü il tarixli /cinayət işinin başlanmasının rədd edilməsi haqqında/ qərardan görünür ki, Şəxs qızı barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.3-cü maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün Qusar RPŞ-nin DYPB-nə həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, protokollaşdırma nömrəsi 03225 olan alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 01:57-də Şəxs qızının qanında alkoqolun konsentrasiyası 0,393 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 333.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 333.3-ci maddəsinə əsasən 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 333-cü maddəsinin qeydinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, inzibati xətanın təkrarən içkili vəziyyətdə törətməsi ağırlaşdıran hal kimi nəzərə alınır, məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Belə ki, onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edir. Məhkəmə Şəxs qızının səmimi peşmançılıq hissini, qadın olmasını və ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq hesab edir ki, həmin maddənin saksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, tətbiq olunacaq nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700(yeddi yüz) manat məbləğində cərimə edilsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar