Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-507/2020 17.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ HakimKazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxx 1979-cu ildə Qusar rayonu Kuzun kəndində anadan olmuş, Azərbaycan Respubliksının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, inzibati məsuliyyətə cəlb edilməmiş, Qusar rayonu, Kuzun kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Qusar rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 18:37 radələrində Qusar-Şahdağ yalunun 2-ci km-də özünə məxsus “VAZ-21214” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşını saxlanılmış və yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi aşkar olmuşdur. Həmin faktla bağlı Qusar rayonu Yol Patrul Xidməti inspektoru, polis serejantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, inzibati xəta haqqında materiala Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə baxılması üçün aidiyyəti üzrə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 18:37 radələrində Qusar-Şahdağ yalunun 2-ci km-də özünə məxsus “VAZ-21214” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən DYPX əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi məlum olmuşdur. Sərxoşluğun müəyyən edilməsi üçün alkotestor yoxlamasından keçirilmiş və alkotestorun nəticəsi 1.009 % olduğu müəyyən edilmişdir. Həmin gün bir ədəd energetik içki olan “Yeguar” içmişdir. Bir daha içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyəcəkdir. Əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, qeyd edilənlərə hüquqi qiymət vərərək hesab edirəm ki, Şəxs həqiqətən xx xxxxxxx 2020-ci il tarixdə “VAZ-21214” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Həmin hərəkəti ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs həmin inzibati xətanın törətməsi onun özünün izahatı və Qusar RPŞ DYPB-nin xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,335 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Xaçmaz RQİ və TBŞ tərəfindən xx xxx 2019-cu il tarixdə verilmiş, xx xxx 2029-cu il tarixədək etibarlı olan, AE 625586 seriya və nömrəsi olan sürücülük vəsiqəsindən görünür ki, Şəxs «BC» dərəcəli sürücülük hüququ vardır. İş materialında olan xx xxxxxxx 2020-ci il tarixli 641003 seriyalı texniki vasitənin (alkotester) nəticələrini əks etdirən qəbzdən görünür ki, Şəxs inzibati xəta aşkar olunduğu zaman 1.009 faiz dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəlləsinin 333.1-ci maddəsinə əsasaən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xəta törətmiş şəxsin törətdiyi əməlini səmimi etiraf etməsi və əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 ( dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-507/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-507/2020
17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver