Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-509/2020 25.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs X2 iştirakları ilə xx xxxxxxx 1982-ci il tarixdəQusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanındaqeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Qusar rayon Polis şöbəsidən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixində saat 22:25 radələrində Qusar şəhəri, Z.Əliyeva küçəsində “VAZ 21140” markalı O-369-OY-05 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman, piyada keçidində yolu keçmək istəyən X3 yol verməməklə onunla toqquşmuş və nəticədə ona “Yüngül” bədən xəsarəti yetirmişdir. Həmin faktla bağlı Qusar rayon Prokrorluğunda araşdırma aparılmış, Şəxs barəsində “sübutların qiymətləndirməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. İş materiallarından olan xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirməsi haqqında qərardan görünür ki, Şəxs “VAZ 21140” markalı O369OY 05 dövlət qeydiyyat nişanlı avtomobili ilə xx xxxx 2020-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı yol hərəkəti qaydalarını pozması nəticəsində X1 yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi ilə əlaqədar həmin xüsusat üzrə cinayət hadisəsi baş verməsi müəyyən edilmədiyindən cinayət təqibinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün aidiyyəti üzrə Qusar rayon Polis Şöbəsinin DYPB-nə göndərilmişir. Fakt üzrə Qusar RPŞ DYPB BDAM-i polis moyoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci və 327.8-ci maddələri ilə İXP ******* saylı, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixində saat 22:25 radələrində Qusar şəhəri, Z.Əliyeva küçəsində “VAZ 21140” markalı O-369-OY-05 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman, piyada keçidində yolu keçmək istəyən X3 yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Həmin vaxt o, avtomaşını təxminən saatda 50- 60 km sürəti ilə idarə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci və 327.8-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. O, zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş maddi ziyanı tam şəkildə ödəmidir. Əməlindən peşmadır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixində saat 22:25 radələrində Qusar şəhəri, Z.Əliyeva küçəsində piyada keçidindən keçmək istəyən zaman Şəxs idarə etdiyi “VAZ 21140” markalı O-369-OY-05 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi onunla toqquşmuşdur. Şəxs ilə barışmış, ona dəymiş maddi zayanı tam şəkildə ödəmişdir. Lakin Şəxs gələcəkdə maşın sürməsini istəmir. İş materiallarından olan “MTE və PA” EET Birliyinin Qusar rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli 286 №-li ekspert rəyindən görünür ki, X2 bədəni üzəridə müəyyən xəsarətlər-sol bazunun aşağı 1/3-nin yan səthinin, saö dirsəyin arxasının sıyrıqları, sol ayaqın topuq nahiyəsinin qançırı: sağ budun yuxarı 1/3-dən sağ baldırın yuxarı 1/3-nə qədər davam edən və sol baldırınyuxarı 1/3-nin arxa səthinin qançır-hemotaları bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə YNH nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması və baxılması üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş uzrə icraata başlanılmış və inzibati araşdırmanın aparılması ötrü aidiyyəti üzrə Qusar RPŞ-nin DYPB-yə göndərilmişdir. İş materiallarında olan AB N 772430 saylı xx.xx.2012-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixədək “B” kateqoriyası üzrə sürücülük hüququ vardır. İş materiallarında olan 02550 protokollaşdırma nömrəli alkotester nəticələrindən görünür ki, baş vermiş hadisə zamanı Şəxs qanında alkoqolun konsentrasiyası 0.000 % təşkil etməklə o, ayıq olmuşdur. Beləliklə iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi özünün, zərərçəkmiş şəxs X2 izahatları, İXP ******* saylı, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlər ilə sübuta yetirilir. İnzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılırması növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılırsın. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-509/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-509/2020
25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver