Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-517/2020 16.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şınğar oğlunun iştirakı ilə xx xxxx 1985-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Şınğar oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdimedilmişinzibatixətahaqqındaprotokoldanvəonaəlavəolunmuşsənədlərdəngör ünürki, Şəxs xx xxxxxx 2020-ciiltarixdəsaat22:20 radələrində Qusar şəhəri M.Vəliyev küçəsində Qusar RPŞ-nin YPX-nın inspektoru Rüstəm Həmidovun sənədləri tələb etməsinə baxmayaraq o, öz avtomaşınına minərək polisin qanuni tələblərinə qəsdən tabe olmamış və oradan uzaqlaşmağa çalışmışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli MN 0651141/829 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq xx xxxxxx 2020-ci il tarixdə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, ailəsi ilə birgə ünvan 2 ünvanında yaşayir. xx xxxxxx 2020-ci il tarixdə saat 22:20 radələrində özünə məxsus “Opel” marlakı, ** KZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən zamanı polis əməkdaşları onu saxlamış və ondan sənədləri tələb etmişlər. O, əsəbi olduğu üçün sənədləri təqdim etməkdən imtina etmiş və həmin ərazidən uzaqlaşmağa çalışmışdır. Polis əməkdaşları onu Qusar RPŞ-nə aparmışlar. Əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:40-da inzibati qaydada tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə saat 16:30-da azad edilmişdir. Beləliklə, işmateriallarınınəzərdənkeçirib, hesabedirəmki, ŞəxshəminhərəkətləriiləAzərbaycanRespublikasınınİnzibatiXətalarMəcəlləsinin 535.1cimaddəsindənəzərdətutulaninzibatixətanıtörətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzinati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-517/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-517/2020
16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver