Məhkəmə qərarları › İş №3(029)-517/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-517/2021

01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-517/2021 01.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, 14 iyul 1988-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Hərbi Şəhərcik 384 nömrəli Hərbi hissədə yaşayan X1 barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: X2 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş cərimə növündə inzibati tənbeh etmə haqqında qanuni qüvvəyə minmiş qərarı qanunla müəyyən olunmuş müddət ərzində heç bir əsaslı səbəb olmadan icra etməmişdir. Həmin faktla bağlı Qusar rayon Polis Şöbəsi tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə 25.09.2021-ci il tarixli İXP4210961 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin material məhkəmənin elektron sistemində qeydiyyatdan keçirilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası DİN-nin Web portalından çıxarışda göstərilən 00***** nömrəli şəxsiyyət vəsiqəsi vasitəsi ilə məhkəmənin elektron sistemində axtarış verilmiş və həmin şəxsiyyət vəsiqəsinin mexaniki səhv olaraq Şəxs məxsus olması qeyd edilmişdir. Bu səbəbdən də, elektron sistemdə inzibati xəta haqqında iş X1 adına deyil, Şəxs adına qeydiyyatdan keçmiş və həmin şəxsin adına bildiriş göndərilmişdir. Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Qusar rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 25.09.2021-ci il tarixli İXP4210961 saylı inzibati xəta haqqında protokol Şəxs barəsində deyil, X1 barəsində tərtib edilmişdir. Lakin, həmin şəxsin barəsində Azərbaycan Respublikası DİNnin Web portalından çıxarışda göstərilən şəxsiyyət vəsiqəsinin seriya nömrəsi vasitəsi ilə məhkəmənin elektron sistemində axtarış verilərkən həmin şəxsiyyət vəsiqəsinin Şəxs məxsus olması qeyd edilmiş, bu səbəbdən də, inzibati xəta haqqında iş Şəxs adına qeydiyyatdan keçmişdir. Məhkəmə tərəfindən inzibati xəta haqqında işə baxılarkən isə inzibati xətanı törədən şəxsin Şəxs deyil, Səyyad Mehrəliyevin olduğu məlum olmuşdur. Bununla da, Şəxs hazırkı inzibati xətaya aidiyyəti yoxdur, o, törədilmiş inzibati xətanın subyekti deyildir və əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar