Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-52/2022 28.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, 05.02.1991-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu Vladimirovka kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 12.02.2022-ci il tarixdə saat 08:43 radələrində Qusar rayonu Quxuroba kəndində Ford Transit yük markalı 99EM258 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin Yol patrul xidməti inspektoru polis serjantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə 12.02.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə vəsatət göndərərək Quba rayonu Vladimirovka kəndində yaşadığını göstərmiş və hazırkı işi baxılması üçün yaşadığı yer üzrə Quba rayon məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından elektron çıxarışdan görünür ki, Şəxs Quba rayonu Vladimirovka kəndində yaşayır. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Quba rayonu Vladimirovka kəndində yaşadığından və məhkəməyə vəsatət göndərərək işin onun yaşadığı yeri üzrə Quba rayon məhkəməsinə göndərilməsini xahiş etdiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 110, 112, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilsin. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-52/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-52/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver