Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-523/2020 04.12.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1960-cı il tarixdə Qusar rayonu, Zindan Muruq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba regional şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 09:30 radələrində Qusar şəhəri Ç,Qurbanov küçəsində idarə etdiyi “LADA vesta” markalı ** BH *** dövlət nömrə nişanlı avtomobili ilə sərnişindaşıma fəaliyyəti həyata keçirən Şəxs qanunvericiliklə müəyyən olunmuş tələb olunan müvafiq sənədləri təqdim etməmişdir. Həmin fakt ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba regional şöbəsinin aparıcı məsləhətçisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özü daimi taksi fəaliyyəti ilə məşğul olmur. Arada bir sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. Onun sərnişindaşıma fəaliyyəti ilə müvafiq sənədləri yoxdur. Bundan sonra sərnişindaşıma ilə məşğul olmayacaqdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 09:30 radələrində Qusar şəhəri Ç,Qurbanov küçəsində idarə etdiyi “LADA vesta” markalı ** BH *** dövlət nömrə nişanlı avtomobil küçədə saxlanılmışdır. Həmin vaxtı maşınında sərnişin olmamışdır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba regional şöbəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba regional şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba regional şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədəuyğun hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-523/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-523/2020
04.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver