Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-526/2021 01.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Hüquqi ünvanı Qusar rayonu Yuxarı Ləyər kəndi olan hüquqi şəxs “X1” MMC-nin haqqında Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, hüquqi şəxs “X1” MMC 32130.00 ABŞ dolları məbləğində vəsaiti 11.09.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 32130.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 12.09.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Faktla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs “X1” MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə 04 oktyabr 2021-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X1” MMC və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin həmin MMC-nin və Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlərr. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan “X1” MMC (alıcı) ilə Rusiya Federasiyası "xxxx" MMC arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli ŞR/467-23 saylı müqavilənin surətindən görünür ki, mal göndərən 170.000 ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsullarını müəyyən olunmuş siyahı və həcm üzrə göndərməyi, alıcı isə əvəzində pul ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan "xxxx" ASC-nin 11 sentyabr 2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, «X1» MMC tərəfindən 09.09.2019-cu il tarixli NSHR/467-23 DD saylı müqaviləyə əsasən mallara görə 32130.00 ABŞ dolları məbləğində əvvəlcədən ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən «X1» MMC-nə ünvanlanmış 22.07.2021-ci il tarixli 301/301/0083/2021 saylı məktubdan görünür ki, həmin MMC tərəfindən əvvəlcədən ödəniş edilmiş 32130.00 ABŞ dolları məbləği üzrə malların ölkəyə daxil olması, xidmətlərin göstərilməsi haqqında məlumatı banka təqdim etməsi tələb olunmuş, əks halda ona qarşı cərimələr tətbiq olunması bildirilmişdir. Göründüyü kimi, təqdim olunmuş sənədlərlə sübut olunmuşdur ki, həqiqətən də, hüquqi şəxs “X1” MMC 32130.00 ABŞ dolları məbləğində vəsaiti 11.09.2019-cu il tarixdə xaricə köçürmüş və həmin vaxtdan 2 il müddət keçsə də, 32130.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Bununla da, həmin MMC həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X1” MMC haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X1” MMC-nin maliyyə və əmlak vəziyyətini, törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Hüquqi şəxs “X1” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 32130.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində-yəni 6426.00 (altı min dörd yüz iyirmi altı) ABŞ dolları (ödənilən günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla) məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-526/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-526/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver